Zwift startup-ı $120 milyon cəlb edib

Date:

Paylaş:

Bu pul vasitəsi ilə o, professional velosiped liqasını yaratmaq və avarçəkmə rejimini əlavə etmək istəyir.

Kaliforniyanın Zwift startup-ı, Londonda fəaliyyət göstərən Highland Europe və digər sərmayəçilərdən $120 milyon cəlb edə bilmişdir. Bu haqda şirkətin mesajına istinad edən Bloomberg yazır.

Zwift, virtual reallıqda qaçış və velosiped məşqləri üçün bir platforma inkişaf etdirir. İstifadəçilər tək-tək məşq edə bilərlər və ya evdən ayrılmadan real vaxtda bir-birləri ilə yarışlar təşkil edə bilərlər. Zwift-ə qoşulmaq üçün, hərəkət sürəti və nəbz üçün sensorlar tələb olunur. Proqramı trenajor ilə Bluetooth və ya ANT + texnologiyasından istifadə edərək əlaqələndirə bilərsiniz. Qeydiyyatdan sonra istifadəçi yeddi gün ərzində pulsuz istifadə imkanını alır, sonra isə ona ayda $15-lıq  abunə təklif olunur.

Yeni sərmayələr Zwift-ə öz kiberidman liqasını inkişaf etdirməsinə, həmçinin platformanın imkanlarını genişləndirməyə, məsələn, avarçəkmə rejiminin əlavə olunmasına kömək edəcəkdir. Dekabrın 14-də şirkət professional velosiped komandalarının iştirakı ilə ilk liqanın – KISS Super Liqasının yaradılmasını elan edib.

Kiberidman liqasını yaratmaqla yanaşı Zwift, platformaya digər dilləri əlavə etməyi planlaşdırır. Onun özünün verdiyi məlumata görə, platformada 150 ölkədən olan 1 milyon istifadəçi qeydiyyatdan keçib, lakin onların yalnız ingilis dilindən istifadə etmək imkanları var.

Zwift, 2014-ci ildə əvvəl investisiya bankiri olan  Erik Min tərəfindən qurulub və qurulduğu gündən indiyə kimi ümumilikdə $166 milyon cəlb edə bilmişdir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...