Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İlon Mask “Hyperloop” yeraltı tunelini nümayiş etdirdi – VİDEO

İlon Mask “Hyperloop” yeraltı tunelini nümayiş etdirdi – VİDEO

353
Paylaş

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask Los-Ancelesdə yerləşən “Hyperloop” yeraltı nəqliyyat tunelini təqdim edib. Mask avtomobili ilə tuneldə gəzintiyə çıxıb.

“Hyperloop” layihəsinin başlıca məqsədi yollardakı tıxaclardan qurtulmaq və ən qısa vaxt ərzində sərnişini təyinat nöqtəsinə çatdırmaqdır.

Sınaq mərhələsində olan tunel 12 metr dərinlikdə yerləşir, uzunluğu hələlik üç kilometrə yaxındır. Tunel “Space X” şirkətinin ofisi qarşısındakı parkinq yerindən aeroporta qədər davam edir. Tuneldə hərəkət sürəti 200-240 km/saat təşkil edir.