Zibilə atdığı kağız onu milyarder etdi – Hamdi Ulukaya

1
2883
hamdi ulukaya

Hamdi Ulukaya Türkiyənin ucqar bir kəndində dünyaya gəlib və ailəsi yoxsul olduğu üçün uşaqlıqdan işləmək məcburiyyətində qalıb. Dil öyrənmək üçün getdiyi Amerikada dil öyrənməklə qalmayıb həmçinin bir uğura da imza atıb. Hazırda Hamdi Ulukaya ABŞ-ın ən müvəffəqiyyətli 10 iş adamından biridir.

“Zibilə atdığım Kağız həyatımı dəyişdirdi”

hamdi ulukaya

Amerikada ən çox satılan qatıq markası Chobaninin qurucusu Hamdi Ulukaya: “Zibilə atdığım, üzərində “qatıq fabriki satılır yazılan kağız həyatımın dönüş nöqtəsi oldu”

Hamdi Ulukaya babası və atası ilə birlikdə yay aylarında yaylağa çıxıb qoyun otaran, universitetə qədər nə olacağına heç cür qərar verə bilməyən, Amerika kimi bir yerə ingilis dilində bir söz belə bilməməsinə baxmayaraq “Gedib bir baxım, oralar necədir?” deyərək gedən biridir. Hər nə qədər Macərapərəst deyiləm” desə də risk etmək onun həyat tərzidir sanki.

– Atanız heyvandarlıqla məşğul olurmuş. Ona kömək edərək böyüdüyünüzü söyləyirsiniz. Uşaqlığınız necə keçib?

Mən altı uşaqlı bir ailədə, Fırat Çayının kənarında, Munzur Dağlarının ətəyində kiçik bir qəsəbədə böyümüşəm. Atam heyvandarlıqla məşğul idi. Mən də heyvanları otlağa aparmaqla atama kömək edirdim. Bütün işləri atamdan öyrənmişəm

– Amerikaya getmək fikri necə yarandı?

Əsas məqsədim dil öyrənmək idi. Həm də Amerikanı görmək istəyirdim. Başlanğıcda hər kəs kimi mən də borc almışdım və tənha idim. Mənə elə gəlirdi ki, heç bir şeyim yox idi amma ailəmdən öyəndiyim təcrübə və məlumatlarla dolu idim. Uğur qazanmaq üçün hər bir şeyə sahib idim.

hamdi ulukaya

Yunanlar qatıq bazarında bizi keçib deyə çox kədərlənmişdim…

Atam yanıma ziyarətə gəlmişdi. “Burada heç yaxşı pendir yoxdur, bizim pendiri gətir burada sat” dedi. Dərhal bir-iki konteyner gətirdik. Topdan satışa payladıq və yaxşı satıldı. Pul qazandıq. Daha sonra fabrik yaratdıq, iki il ərzində gəlirimiz olmadı amma sonra şirkət öz yerini tutmağı bacardı.

Chobaninin yaradılması

Təbiətim belədir, işləməyəndə özümü pis hiss edirəm. Chobaninin yaranma hekayəsi də maraqlıdır. Masamın üstünü səliqəyə salan zaman əlimə bir kağız keçdi. Üzərində “qatıq fabriki satılır, özü də bütün texnikası ilə birlikdə” yazılmışdı. Atdım zibilə. Yarım saat sonra zibil qutusunun içində kağız axtarırdım.

Nə oldu o yarım saat içində?

Qarşıma bir fürsət çıxdı, bir çox insanın başına hər gün gəlir amma mən anladım və qiymətləndirdim. O zibil qutusu həyatımın dönüş nöqtəsi oldu.

Hamdi Ulukaya

– O qərarı sizə nə verdirdi?

Fabrikdə işləyən 55 insan mənim qərarıma təsir etdi. Onlar bir ay sonra bağlanacaq fabrikdə çalışırdılar amma nə bir üsyan, nə bir mənəvi çöküntü görmədim. Çox təsirləndim. Dedim ki “Bu insanlar bağlanacaq fabrikdə belə işləyirlərsə yeni bir fabrikdə nələr edərlər.” Fikrimdə yanılmadım. Dörd il ərzində ABŞ-da ən çox süd alan fabrik olduq. O dövrdə yunan qatıqları ABŞ-da hökmranlıq edirdi ancaq biz onları geridə qoyduq.

– Chobani adı necə yarandı?

Balkan ölkələrində, Yunanıstanda və s. “Choban” eyni mənaya gəlir. Yəni çoban. Mən də bu sözün çox dildə işlədilməsini bəyəndim. Nəticədə çoban hər yerdə çobandır.

-Amerikadakı türklər sizə iş üçün müraciət edirlərmi?  

Mənimlə çalışmaq üçün iş bacarıqlarını göstərməyi bacarmalıdırlar. Yoxsa sırf türkdür deyə işə götürmərəm. Onların Condan, Maykldan nə fərqləri var?

Forbes jurnalına görə Hamdi Ulukayanın 2 milyard dollar sərvəti var.

1 COMMENT

  1. 562131 8392921 can undertake all sorts of advised excursions with assorted limousine functions. Various offer fantastic courses and numerous can take clients for just about any ride your bike over the investment banking location, or even for a vacation to new york. ??????? 94294