YouTube servisi kompüter təhlükəsizliyi ilə bağlı videoları bloklamağa başlayıb

Date:

Paylaş:

Məşhur videoervis olan YouTube bir neçə müddət bundan öncə istifadəçilər tərəfindən videoservisə kontent yerləşdirmək qaydalarını sərtləşdirmişdi. Yeni qaydalara əsasən diskriminasiya mövzularını əks etdirən videolar bloklanmağa başladı. Lakin məlum olub ki, bloklamaya həmçinin videoservisdə olan neytral mövzulu kanallar da məruz qalıblar. Bu barədə The Verge saytına istinadən 4pda saytı xəbər verib. Belə ki, Hacker Interchange adlı komandanın yaradıcılarından biri olan Kody Kinzie öz Twitter hesabında bildirib ki, Cyber Weapons Lab Youtube kanalı bloklanıb.

O, həmin kanala Wi-Fi vasitəsilə uzaqdan firework-un işə salınması üzrə videotəlimatı yükləyə bilməyib. Kanalda daha öncədən yüklənmiş olan videolar isə bloklanmış şəkildə olublar. Bu problemə cavab olaraq YouTube əməkdaşları servisin yeni qaydalarını səbəb kimi gətiriblər. Onların sözlərinə əsasən YouTube servisinin yeni qaydalarına əsasən hacking və fishing mövzularında vdeoların yüklənməsi qadağandır. Kody Kinzie isə bildirib ki, hacker üsulları çox zaman qeyri-leqal istifadə olunur. Lakin onların tamamilə qeyri-leqal olması fikri düzgün deyil. YouTube servisinin yeni siyasəti kompüter təhlükəsizliyi mövzusunda olan bir çox kontentə zərbə vuracaq. Buna misal olaraq Kody Kinzie kompüter sistemlərinin test olunmasına aid olan videotəlimatları gətirib.

YouTube servisi maarifləndirici, sənədli, elmi və bədii məqsədlər üçün bəzi “təhlükəli mövzulu” videoların yüklənməsinə icazə versə də bu cür kontentlərin yüklənməmişdən öncə hansı formatda hazırlanması barədə heç bir təlimat vermir. Daha sonradan YouTube təmsilçisi bildirdi ki, Cyber Weapons Lab kanalı səhvən bloklanıb və onun daxilindəki olan bütün kontentlər istifadəçilər üçün yenidən aktivdir. Buna baxmayaraq belə nəticəyə gəlmək olar ki, YouTube servisinin alqoritminin çalışması heç də şəffaf deyil və perspektiv baxımından həmin alqoritm videoservisdə olan maarifləndirici kontentin sayını azalda bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...