Biznes-ideya: Karamel almalar

Date:

Paylaş:

 

Karamelləşdirilmiş alma satışı biznesi  çox yeni və perspektivli bir biznesdir. O, çoxlu maliyyə yatırımı tələb etmir, lakin normal stabil qazanc imkanı yaradır.

Karamelləşdirilmiş almalar desertinin hazırlanmsı çox sadədir. Bu biznes aktual və yararlıdır, belə ki, əsas məhsul burada alma sayılır. Hazırlanması üçün  təzə turşaşirin alma sortu lazımdır. Bir də karamel siropu. Bu desert öz iştahgətirən görüntüsünə və meyxoş dadına görə diqqətdən kənar qalmır.

Dəyəri yüksək olmur, əsas da almanın məhsul yığımı mövsümündə. Buna müvafiq olaraq ,satış qiyməti də geniş alıcı kütləsi üçün əlverişlidir. Bu, o qədər də geniş yayılmış bir biznes deyildir və tələbatlıdır, qoyulan məbləği qarşılmağa və yaxşı gəlir əldə etməyə imkan verən rəqabətliliyi isə məlum deyildir.

Hazır məhsul elə hazırlandığı yerdəcə satılır. Ən uğurlu satış nöqtələri çoxlu insan toplusunun olduğu yerlərdir. Məsələn, parklar, kütləvi gəzinti məkanları, sirklərin ətrafı və s. Biznesin təşkili üçün 1090-1300 azn məbləğində müvafiq avadanlıq əldə etmək lazımdır: karamelizator ( “Karamelita M”, saatda 80-ə yaxın alma istehsal edir) – 530 azn, meyvələri çubuqlara keçirən aparat – 180 azn, hazır almaları qoymaq üçün qablar,qastronom konteynerlər, avadanlıqları yerləşdirmək üçün araba – 410 azn,  həmçinin digər materiallar: almalar, karamel qarışığı,şəkər , çubuqlar və paketlər, salfetkalar – təxminən 410 azn. Bundan başqa, satıcı üçün stul və günəşdən qoruyan çətir də lazımdır və onlar 60 azn edə bilər.

Xərclər hesablanarkən arenda pulunu da əlavə etmək lazımdır, bu, 1 aya 100-300 azn ola bilər. Əvvəlcə bir aylıq yer götürmək olar, sonra isə başqa yer də tapmaq olar. Beləcə siz müştəri axını əldə edə bilərsiniz. Məsələn, yay ayları satış üçün uşaq atraksionlarının yaxınlığını, kütləvi gəzinti yerlərini və çimərlikləri seçə bilərsiniz. Sonra isə qapalı əraziləri ( kinoteatrlar, ticarət kompleksləri) götürmək olar.

 Məlum desertin hazırlanma prosesinin çox sadədir : almalar axar suda yuyulur ( əgər üzərlərində ərp olarsa onları qaynar su ilə yumaq və dəsmalla qurulamaq lazımdır), sirop üçün lazım olan inqredientlər ölçülür. Almaları çubuqlara keçirir və  siropa batırırlar. Daha sonra artıq şərbət üzərindən getdikdən sonra, qurudulur və karamel alma qabına (yağlanmış) yerləşdirilir. Üzərini şokolad, kokos və ya qoz-fındıq qırıntıları ilə də bəzəmək olar.

Bir karamel almanın dəyəri təxminən 0.40 azn, satış qiyməti isə 2 azn edir. Biznesin açılmasına ( qeydiyyat, avadanlıqların alınması) gedən xərclər və digər xərclərin ( məhsulların alınması və arenda) hesaba alınması ilə, biznesə qoyulan sərmayənin geri qaytarılması təxminən 2 ay çəkəcək.

Bu ödəniş üçün hər gün 2 azn-ə 70 hazır məhsul satmaq lazımdır və bununla 1 aya 3500 azn qazanmaq olar. Yekun hesab satıcılarınızın əmək haqqından və administrativ xərclərdən asılıdır, lakin ən pis halda belə kapitalın geri qaytarılması 3 ayı keçməyəcək.

Kapitalın geri qaytarılması hesabını konservativ metodla etmək lazımdır, yəni xərcləri maksimal gəliri isə minimal hesabdan götürməklə.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...