Yoqurt milyarderi Hamdi Ulukaya-nın həyat hekayəsi

Date:

Paylaş:

Hamdi Ulukaya Türkiyədəki Kürd fermerlər ailəsində dünyaya gəlib və iyirmi il sonra ingilis dilini öyrənmək və müvəffəqiyyət qazanmaq üçün Amerikaya köçür. Beş il ərzində şans və əzm nəticəsində Chobani  yoqurt istehsalı üzrə böyük marka yaratmağa və amerikalıların vərdişlərini dəyişdirməyə nail olmuşdur. (2018 il üçün Ulukayanın sərvəti -1,77 milyard dollar). Fəaliyyətə başlandığı vaxtdan sahibkar gəlirlərinin 10% -ni xeyriyyəçiliyə yönəldib. Suriyadakı müharibə və Türkiyə sərhədindəki milyonlarla qaçqın ilə əlaqəli böhran ona şəxsən toxundu. 2014-cü ildə Ulukaya qurbanlara kömək məqsədilə 2 milyon dollar, 2015-ci ildə isə sərvətinin yarısını – 750 milyon dollar ayırır. “Secret” sahibkarın həyat hekayəsini təqdim edir.

Köçmə mərhələsi

Dünyada yoqurt istehsalı üzrə ən böyük şirkətlərdən biri olan Chobani-nin qurucusu Hamdi Ulukaya Nyu-York əyalətində iki Alman avçarka cinsli iti ilə yaşayır. O, Chobani stəkanlarını açır və itlər dadlı yoqurtun üstünə atılırlar. “Hər bankanı çıxardığımda, onlar dəli olurlar”,- deyə Ulukaya gülümsəyir.

1994-cü ildə Ankara Universitetində Politologiya Fakültəsini bitirdikdən sonra ABŞ-a köçür. Onun valideynləri – Türk kürdləri – Türkiyənin şimal-şərqində kiçik süd fermasının sahibi idilər, pendir və yoqurt satışı ilə məşğul olurdular. Uşaqlıqdan Ulukaya onlara bu işdə kömək edib və Ştatlara köçdükdə fermaya işçi kimi düzəlir.

Bir gün atası onunla qalır və oğlunu Türkiyədə çox sevilən Yunan pendirinin satışı üzrə ixtisaslaşan şəxsi zavodunu açmağa razı salır. 2002-ci ildə Ulukaya Euphrates markası altında feta pendirini istehsal etməyə başlayır, bu şirkət bu gün də mövcuddur. O xatırladır ki, zavodun açılışından ilk iki il onun həyatının ən çətin illəri olur – istehsal daimi xərc və zəhmət tələb edirdi.

Image result for Hamdi Ulukaya

Jurnalistlər Ulukayanı  xarizmatik və xoş bir insan kimi təsvir edirlər: qalın qara saçlar, zeytunrəngli dəri, həmişə həmsöhbətin gözünə baxır. O, 42 və ya 43 yaşındadır – doğum tarixi dəqiq bilinmir, Ulukayanın valideynləri köçəri həyat tərzi sürüb, uşaq dağlarda anadan olduğu səbəbindən doğum ilini də vaxt keçdikcə unutmuşdular. Ulukayanın əyninə geyindiyi cins və qolunda gəzdirdiyi Türk uğur simvolu olan mavi gözlü kiçik bir qırmızı bilərzikdir. O, bahalı, lakin dəbdəbədən uzaq , bir təpənin üstündə yerləşən möhtəşəm bir evdə yaşayır, baxdığınızda Katskill dağları görünür. Bura, hər şeyin başlanğıcı olan, birinci Chobani  fabriki yaxınlığında yerləşir.

Satışa qoyulan fabrika

Bir dəfə Ulukaya poçt qutusunda Kraft yoqurt zavodunun satışına dair bir reklama rast gəldi. Vərəqi zibil qutusuna atır, lakin bir an düşündükdən sonra onu oradan götürür. Ağlına zavodun alınması fikri gəlir. Növbəti gün fabrikə baxmağa yollanır. 1920-ci ildə inşa edilmiş fabrika dağılmış vəziyyətdə idi, bir tərəfdən baykerlər barı, digərində isə – qəbiristanlıq. Lakin bu Ulukayanı çaşdırmadı – düşünürdü ki, Amerikada uşaqlığından adət etdiyi, kifayət qədər keyfiyyətli yoqurt (qatıq) çatışmazlığı var, indi isə o bu cür yoqurtu istehsal edə biləcək. Nəhəng şirkətlər – Pepsico, Coca-Cola, Kraft və s. – zərərli fastfud satırdı və amerikalıların bunu doğurdan da istehlak etmək istədiklərini düşünürdü, Ulukaya isə sağlıqlı qidanın dadlı və əlverişli olduqdan sonra mütləq seviləcəyinə inanırdı.

Bir gün evə gedərkən Ulukaya biznes məsləhətçisinə müraciət etdi. Onun sözlərinə görə, belə bir alış-veriş pis bir fikirdir. Birincisi, avadanlıqların necə işləyəcəyini heç kim bilmir. İkincisi, Kraft zavodunun satıcısı  müvəffəqiyyətli şirkətdir – o aktivi ilə boş səbəbdən ayrılmır. Üçüncüsü, ümumiyyətlə bu zavodu almaq üçün pulu haradan tapmalı, demək olar ki, bir milyon dollara başa gəlir. Son sual Ulukayanı da narahat edirdi. O, kiçik biznes proqramı üçün yerli hakimiyyət orqanlarından kredit almağa qərar gəlir.

Sövdələşmə baş verdikdən sonra Kraftın beş köhnə işçisini işə götürür və zavodu bərpa etməyə başlayır. Hər şeydən əvvəl divarlar boyanır. Tezliklə bu işə reseptlərin tərtibatı ilə məşğul olan Mustafa Doğan da qatılır. Yoqurtun tekstura və dadlarının yüzlərlə fərqini sınaqdan keçirdir. Lazım olan tərkib və qatılığda yoqurt hazırlamaq üçün fabrikada çatışmayan 1 milyon dollarlıq bir maşın lazım olur. Ulukaya işlənmiş texnikanı Visconsin əyalətində tapır və yiyəsini onu 50 min dollara satmağa razı salır. Yolda ağlına Chobani adı gəlir –bu dan türk dilindən çoban deməkdir.

Image result for Hamdi Ulukaya

Yoqurtun ilk  xətti adi yunan, vanilli, çiyələkli, şaftalı və qaragilə tamı ilə hazırlanmışdır. Ulukaya marketinqə pul xərcləmək istəmədi, məhsulunu böyük ötürücülüyü olan məşhur supermarketlərə təklif etdi. Bu sahəsə yaxın rəqibi – yunan istehsalçısı Fage – yoqurtlarını xüsusi marketlərə yerləşdirirdi. Bundan əlavə, onlar daha baha satılırdı. Ulukaya zəfərin iki amil olacağına əmin idi: aşağı qiymət və əlverişli yerləşdirmə. Əvvəllər şirkətlər mallarını yerləşdirmək üçün marketlərə on minlərlə dolları pul yatırırdılarsa, Ulukaya yalnız satışdan sonra pul ödəməyi razı saldı, çünki pulu yox idi. Xoşbəxtlikdən, onun gözləntiləri reallaşdı – yoqurt rəflərdən tez itməyə başladı.

2007-ci ilin oktyabr ayında Chobaninin ilk yoqurt qutularını Long İslanddaki bir mağazaya çatdırdı. Yoqurt elə sürətlə satıldı ki, eyni həftədə yeni bir partiya gətirməli oldu. Tezliklə o, açıq qablarda yoqurt tədarükünə başladı, belə ki alıcılar yerində dadına baxıb ala bilsinlər. “Adətən start-ap məhsulun tədarükünə başlayanda onun istehlakçılar tərəfindən necə alınacağına baxırlar. Bizdə belə bir şey olmadı. Chobani ShopRite-ə daxil olduqdan bir neçə həftə sonra sifarişlərimiz artdı. Anladıq ki, kifayət qədər yoqurt istehsal etməliyik “,- deyə sahibkar xatırlayır. 2009-cu ilin ortalarında kompaniya həftədə 200 min qutu satırdı.

Yeni imkanlar

Çox vaxt mağazalarda satılan maye yoqurtdan fərqli olaraq Chobani-yə istehsal üçün üç dəfə çox süd lazım olurdu. 2012-ci ilin dekabr ayında şirkət Aydahoda  böyük bir yoqurt fabriki açdı və yerli hakimiyyət orqanları ilə birlikdə 450 milyon dollar sərmayyə yatırdı. İlin sonuna Chobani 1 milyard dollardan çox satış etdi və ən nəhəng yoqurt markasına çevrildi. Bu gün dünyadan şirkətdə 3000-dən çox işçi çalışır.

Ulukaya böyük rəqibləri kimi reklam almırdı. Alıcıların Chobani yoqurtunun nəfis dadı haqqında bir-birilərinə xəbər verdiyini eşidəndə, öz işçi komandasından Facebook və ya Twitter-də istehlakçılarla ünsiyyət qurmağı xahiş etdi. Bu gün, istehlakçıların Chobani-yə cəlb edilməsi üzrə 25 yaşlı direktor Emily Schildt sosial şəbəkələrdə  Ulukaya və ya Chobani‘ni haqqında istənilən suallara cavab verir.

Kompaniya digər autsorsinq şirkətlərinin xidmətlərinə pul xərcləmədən fəaliyyət göstərirdi, şirkətin qurucusu özü prosesi nəzarətə götürmüşdü. Bundan əlavə ,yeni dadda olan yoqurt istehsal xəttləri üzərində də çalışırdı:Chobani Champions – uşaqlar üçün yoqurt, Chobani Bite – şokolad topları , Chobani Flip -əlavə meyvə və şirə qatqıları ilə, aşağı kalorili Chobani Simply 100 və digərləri. Bir gün gözlənilməz bir hadisə ilə əlaqədar Chobani  “Xəbərlər”ə çıxır: ABŞ Hava Qüvvələri, tərkibində çətənə toxumları olan yoqurtu qadağan edir, çünki bu qidanın istifadəsi polis işçilərinin diqqətini yayındıra bilər. Bundan sonra Ulukaya bu toxumları yoqurtdan yığışdırdı.

Image result for Hamdi Ulukaya

Satışlar ildən-ilə artmağa başlayanda, Chobani Avstraliyada yoqurt və şokolad istehsalı üzrə Bead Foods şirkətini satın aldı. Orada müvəffəqiyyət qazandıqdan sonra Asiya və Latın Amerikasına doğru hərəkət etmək qərarına gəldi – Sinqapur, Malayziya, Panama. Apreldə yeni bazarlara çıxmaq məqsədilə TPG Capital-dan 750 milyon dollar investisiya cəlb etdi.

2012-ci ildə Manhettenin dəbdəbəli rayonunda Chobani SoHo yoqurt kafesi açıldı. Menyuda – yoqurt əlavəli ekzotik yeməklər və sandviçlər, şorbalar və kofe var idi.

 

Məhkəmələr və xeyriyyəçilik

2014-cü ildə Ulukaya ən çətin günlərini yaşadı: istifadəçilər sosial şəbəkələrdə xarab olmuş yoqurt şəkillərini qoymağa və qarın ağrısından şikayət etməyə başladılar. Məlum oldu ki, Aydaho zavodunda kif  əmələ gəlib, bu da minlərlə yoqurtun xarab olmasına səbəb olub. Chobani zay məhsulu geri çəkdi və istifadəçilərdən üzr istədi. Bu hadisədən sonar o neçə gün yatmadı.

Milliarderin 90-cı illərin sonunda iki il ərzində yaşadığı köhnə həyat yoldaşı, onu məhkəməyə verib Chobani‘nin yarı hissəsinə iddia etdi. O, ilk mərhələdə biznesə 500 min dollar sərmayə qoyduğunu bildirdi, lakin bunun yazılı bir sübut yox idi. Əlavə olaraq, onun sözlərinə görə, Ulukaya yoqurt reseptini 30 min avro ödəyərək köhnə Fage işçisindən aldığını söylədi. Həmçinin, Chobani nin gəlir gətirmədiyi vaxtda biznesmeni dost və qohumlarından pul oğurlamaqda ittiham etdi. Məsələn, qardaşından çekləri oğurlayır və onun adından imza atırdı. Chobani  bu ittihamları əsassız adlandırdı, məhkəmə də sübutların olmamasına görə onları rədd etdi.

Ulukaya kiçik bir şəhərdə böyüyüb və lüks həyata adət etməmişdi. Əvvəldən o şirkət gəlirlərinin 10% -ni xeyriyyə fondlarına göndərirdi, 2010-cu ildə isə öz Chobani Foundation  fondunu təsis etdi. Ötən ilin oktyabr ayında humanitar böhranla mübarizə üçün 2 milyon dollar ayırdı,bu ildə isə “Bağışlama andı” kampaniyasına qoşuldu. Bu kampaniyaya kapitalının yarıdan çoxunu xeyriyyəçiliyə yönəldən sahibkarlar daxildir .

“Mən “Bağışlama andı” kampaniyasında iştirakımı anama həsr edirəm və humanitar böhranı həll etmək üçün mənfəətimin böyük hissəsini qaçqınlara köçürürəm. Uğurlu olmaq şansını qazanmış insanlar başqalarına ümid verməlidirlər. ” Ulukayaya bu təşəbbüsdə ona ilham verən və artıq bu kampaniyaya dəstək olmuş Bill Qeyts və Voren Baffettə təşəkkürünü bildirdi. Sahibkar bu il Suriyadakı müharibə qurbanlarına kömək məqsədilə Tent fondunu  təsis etdi və ora 750 milyon dollar köçürdü.

İki ildir ki Ulukaya onu rəhbər olaraq əvəz edə biləcək təcrübəli menecer axtarır. O, idarəetməni daha təcrübəli bir şəxsə ötürməyə hazırlaşır, lakin bu işin öhdəsindən ondan daha yaxşı gələ biləcək bir şəxsə hələ rast gəlmədiyini bildirib. Ulukaya hələ də bütün zamanını Chobani‘yə həsr edir.

Mənbə: NYPost, NY Daily News, WSJ, HBR.org, NYPost, PR Newswire, WSJ

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...