İnvestisiya qoymadan Azərbaycanın ən məşhur bloqlarından birini yaratdı

Date:

Paylaş:

Bugünkü qonağımız Azərbaycanın məşhur, gənc, enerji dolu, makiyaj etməyi sevən və etdiyi makiyajlardan ağız dolusu danışan beauty (gözəllik və makiyaj) və lifestyle(həyat tərzi)  bloqeri Aysel Hüseynovadır.

•       Zəhmət olmasa özünüz haqqında qısa məlumat verərdiniz. Bloqer olmamışdan qabaq hansı təcrübəyə sahib idiniz, nə işlə məşğul olurdunuz?

Adim Aysel, hal hazırda 28 yaşım var. Bakıda anadan olmuşam.  Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsini bitirmişəm, bu sahədə təcrübəmdə var. Əvvəllər ixtisasım üzrə çalışsam da özümu bu sahədə görmədiyimə görə işdən ayrıldım. Həm də ki, mən hech vaxt özümü səhər saat 9-dan axşam 6-ya kimi olan iş saatlarında təsəvvür edə bilməmişəm.

•       Kifayət qədər uzun müddətdir ki, bloqerlik sahəsindəsiniz. Bu sahəyə gəlişiniz necə oldu? Sizi bu işə motivasiya edən nə idi?

İlk öncə onu qeyd edim ki, artiq 4 ildir ki, bu sahədəyəm. Xarici bloggerleri izləməyi sevirdim,  ən çox da “Pixiwoo” youtube kanalını. Daha sonra xaricdə fəaliyyət göstərən  həmvətənimiz Turanə Zeynalovanı da gördükdən sonra niyə də Azərbaycanda da belə fəaliyyət göstərənlər olmasın deyə düşünərəkdən yola çıxdım. Həyat yoldaşımın,  ailəmin dəstəyindən və əvvəllər getdiyim makiyaj kurslarından yararlanaraq ilk növbədə web səhifə açdım daha sonra Youtube-da  kanal açaraq yoluma davam etdim.

•       İlk dəfə başlayanda yəni bu yolun ən başında ağlınızda bir yol xəritəsi, bir limitiniz var idi? Hazırda bu yolun hansı hissəsini qət etmisiniz?

Əslində xeyr, heç bir xəritəm yox idi, indi də demək olmaz ki, hər hansı məqsədlərim var. Əvvəllər bu işi elə də

dərk etmirdilər insanlar. Bu günümüzdə hələ də bəzi orta və yaşlı nəsil bu işi qeyri-ciddi hesab edirlər. Amma mən əvvəlki şəxsi səhifəmə baxdıqda görürəm ki, nələrisə paylaşmaq mənim əvvəldən sevdiyim iş olub. Kanalımı açmamışdan öncə makiyaj kursuna getdim. Amma sözün duzü izlədiyim youtube kanallarından daha çox biliklər əldə etmişəm və etməkdə davam edirəm. İndi isə həm işimi çox sevərəkdən edirəm həmdəki pul qazaniram. Düşünürəm ki, işini sevən insan üçün bundan gözəl nəticə ola bilməz.

•       Bloqu necə görmək istədiyiniz haqqında məlumat verərdiniz?

Mən hər zaman keyfiyyətə çox önəm verirəm və özümdə  keyfiyyətli videolar görmək arzusundayam. Ona görə də düzgün mövzu seçmək başlıca işlərdən biridir. Daha sonra işlərinə pul xəcləməkdən heç vaxt çəkinməsinlər. Halhazırda bu işdən çox müsbət enerji aliram, izləyicilərimin xoş sözləri məni daha da ruhlandırır. Ruhdan düşdüyüm zaman bunları nəzərə alıb qaldığım yerdən yenə davam edirəm. Ancaq nə zaman bu işin mənə yaxşı təsir etmədiyini görsəm, o zaman düşünürəm ki, davam edə bilmərəm. Onu da qeyd edim ki, bu işimi o qədər sevirəm ki, bloq fəaliyyətimi davam etdirə bilməsəm düşunmürəm ki, özümü başqa işdə sınaya biləm.

•       Düşünürəm ki, bir çox izləyiciyə maraqlı olan bir sual olacaq. Aysel Hüseynovanın bir günü necə keçir?

Həftənin üç günü idmanla məşğul oluram. Daha sonra kitab oxumağı, film izləməyi çox sevirəm. Yeri gəlmişkən izlədiyim filmlər haqqında da paylaşımlar etdiyim ayrıca instagram səhifəm də var. Dil öyrənməyi sevirəm. Arada sırada məşğul oluram. Videolarımdan da göründüyü kimi də səyahət etmək də hobbilərim arasındadır.

•       Ümumilikdə Azərbaycanda bloqerlikdən qazanc əldə etməyi real hesab edirsinizmi?

Düzü, bu işə başlayarkən investisiya kimi heç bir vəsait qoymamışam.  İşə başlayan zaman əlimdə yalnız kameram və evdə olan məhsullar (kosmetoloji) var idi.  İlkin olaraq facebook və instagram bölmələrim olsada,  sonradan çəkilişə həvəsim olduğu üçün youtubedə kanalda açdım .  Yəni deməyim odur ki,  istənilən işdə ciddilik və kifayət qədər əziyyət varsa deməli o işdə qazanc da var. Mənim artıq bir illik fəaliyyətimdən sonra reklam təklifləri gəlməyə başladı. Əməkdaşlıq təkliflərini email vasitəsilə alıram. Bəzən isə bu barədə görüşüb ətraflı söhbət edirəm.

•       Azərbaycanda kifayət qədər evdar xanım bloqerlik arzusundadır, lakin buna müəyyən səsbəblərdən risk edə bilmir. Bu şəxslərə nə tövsiyyə edərdiniz?

Əvvəllər bəzi xanım bloqerləri izləyirdim və onlar paylaşım etdikləri zaman üzləri görünmürdü və bu təbii olaraq birmənalı qarşılanmırdı.  Çünki hal hazırda bir çox insan sərbəst şəkildə özünü paylaşir və zənnimcə bu zaman daha təbii ortam alınır. Ona görə də bloqer olacaqları zaman ilk məsləhətim bunu nəzərə almaqlarıdır və yaxşı olardı ki, bir və ya ən çox iki sahə üzrə paylaşımlar etsinlər. Çünki bir neçə sahə olduğu zaman çox izlənilməyəcək və bu da onları tez ruhdan salacaq. Qızlara növbəti məsləhətim də o olardı ki, web səhifə açmağa tələsməsinlər, başlanğıcda intagram və facebookdan başlasınlar, daha sonra ciddi davam etmək istəsələr web səhifə açarlar. Növbəti addımda isə video çəkmək həvəsləri olsa youtube kanalı açmaqla davam edə bilərlər.

Bu qədər. . . İlk dəfə canlı müsahibəniz bizim saytımızda baş tutduğu üçün çox məmnun olduq. Təşəkkür edirik.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...