Ötən il Bakıda Seedstars World yarışmasının yerli seçimləri keçirildi.
Belə ki, Azərbaycanda 11 startap arasından Kvotter layihəsi seçilərək İsveçrədə Azərbaycanı təmsil etmək hüquqi qazandı.
Xeberler.az-ın məlumatına görə, Kvotter komandası aprelin 6-da baş tutacaq Seedstars World Summit-də iştirak etməyə hazılaşır.
Layihə komandasından verilən məlumata görə, Summit-dən əvvəl, aprelin 3 və 4 tarixlərində startaplar üçün təlimlər keçiriləcək.
Aprelin 5-də isə Seedstars World-ə seçilmiş bütün startaplar öz layihələrinin qısamüddətli təqdimatını edəcək. Bu mərhələdə 12 startap seçilərək finalda təqdimat etmək imkanı qazanacaq.
Aprelin 6-da keçiriləcək Seedstars World Summit-də 12 startapdan arasından qaliblər müəyyən ediləcək.
Qeyd edilib ki, qaliblər üçün bir neçə kateqoriya müəyyən edilib. Belə ki, 1-ci yeri 500 min ABŞ dolları mükafat gözləyir.
Bakıda növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri mayın 1-də ADA Universitetində keçiriləcək.