Elon Musk insan beyni ilə kompüterləri əlaqələndirəcək!

Date:

Paylaş:

ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) yeni şirkət təsis edib.

“Neuralink” adlanan yeni şirkət insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayacaq.

Belə ki, şirkət insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. “Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. “Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər.

Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə elektronika və insan beyni sahəsində mütəxəssis olan əməkdaşların cəlb olunmasına başlanıb.

©İKT

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...