Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi

Date:

Paylaş:

Yerli futbol menecer oyunu Eleven Kings Fevralın 28-i “pre-seed” mərhələdə 50.000 dollar investisiya cəlb edib. Startapın qurucusu Orxan Rzayev faktı təsdiqləyib.

İnvestorun yerli bir sahibkar olduğunu qeyd etsə də, kimliyi barədə məlumat verməyib. Orxan Rzayev fevral ayı ərzində ABŞ-ın Kaliforniya ştatında səfərdə olub. O müxtəlif startap tədbirlərində Eleven Kings oyununun təqdimatını həyata keçirib, investorlarla görüşüb, seed mərhələ üçün investisiya imkanlarını müzakirə edib.

Xatırladaq ki, Eleven Kings ötən ilin avqustunda da “pre-seed” mərhələdə 20 min dollar investisiya cəlb etmişdi. Eleven Kings, futbol menecer oyunudur. Təsisçilərin sözlərinə görə onlar qlobal oyun brendi yaratmağı hədəfləyiblər.

İstifadəyə verilməsindən bir ay keçməsinə baxmayaraq artıq oyuna maraq kifayət qədərdir. Platformada 150-dən çox ölkədən qeydiyyatlı istifadəçi var.\technote.az

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...