Rumıniyada innovativ smartfonun istehsalına başlanılıb

Date:

Paylaş:

Rumıniyanın Braşov şəhərində fəaliyyət göstərən “Allview” şirkəti “Samsung”, “Apple” və “Huawei” markalı mobil telefonların malik olmadığı xüsusiyyətləri özündə əks etdirən yeni model mobil telefonların istehsalına başlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Allview X6 Extreme” telefonunun ekranı onun bütün üst qatını tutur və aparatın korpusunu çərçivəyə almır. Kamera telefonun korpusunda gizlədilib və ancaq istifadə edilən zaman hərəkət edir. “Allview” mütəxəssisləri hesab edirlər ki, bu, təhlükəsizliyi artırır. Yəni, kamera telefonun sahibinin icazəsi olmadan hakerlər tərəfindən işə salına bilmir.

“Allview X6 Extreme” modelinin qiyməti 299 avrodur. Halbuki, “Samsung” və “Apple” istehsalı olan analoji məhsullar təxminən 1000 avroya təklif olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...