2019-cu il iyulun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.
“Bakıya uçuşlar həftədə 2 dəfə – cümə axşamı və şənbə günləri ekonim sinif salonu olan konfortlu Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yeməklər, sərinləşdirici içkilər, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır (bir tərəfə)”, – aviaşirkətin məlumatında qeyd olunur.
“Nordavia – regional hava yolları” SC aviaşirkəti (“NORDAVIA – regional airlines”) 5N kodu altında 30-dan artıq Rusiyanın və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir. Nordavia RF-nin Şimal-Qərbində sərnişin daşımaları bazarında aparıcı mövqe tutur.