Əsas səhifə Biznes sahələri Avtomobil Yeni nəsil BMW X6 necə olacaq

Yeni nəsil BMW X6 necə olacaq

288
Paylaş
BMW X6
BMW X6

Yeni BMW X6-nın təqdimatı sentyabr ayına planlaşdırılıb. Premyera Frankfurtda baş tutacaq avtoşou çərçivəsində olacaq. Lakin bundan əvvəl avomobilin şəkilləri internetə sızıb. Şəkilləri Autoblog dərc edib. Bu nəsildə yeniliklər çox deyil. Ən əsas diqqəti BMW X4 stilində olan ensiz fonarlar çəkir. Qanadları qabarıqdır və reşotkası gözlənildiyi kimi böyükdür.

Salonunun necə olduğu məlum deyil, lakin yəqin ki, X5-dən seçilməyəcək. Kapotun altında olanlar isə məlumdur –3,0 litrlik 340  və 4,4 litrlik 462 at gücündə benzin turbomotorları, həmçinin, 265-400 at gücündə 3 litrlik turbodizellər. Bir qədər sonra hibrid BMW X6 və yüklənmiş X6 M meydana gələcək.