Jony Ive və hər adam dizaynla məşğul ola bilməz mifi

Date:

Paylaş:

Dizayn dünyası Jonathan Ive-nin Apple-dan gedişini müzakirə edir. Danışıqların çoxu  onun Apple məhsullarının dizaynına verdiyi töhfə ilə bağlıdır: o, bizim aldıqlarımıza görünüş verib.

İngilis dilində ”dizayn” sözü həm isim həm də feldir. Demək olar ki, yüz illər ərzində biz istehlak mədəniyyətindən faydalanmışıq, o da bizim həyatımıza dizayn predmetləri verir. Dizayn predmetləri – bunlar rahatlıq, funksionlallıq və  cazibədarlıq nümunələridir. Bunlar ən fərqli əşyalardır: stellar, ayaqqabı,avtomobillər. Görünüş önəmlidir. Çünki, biz birşey alanda bununla bağlı hansısa nəticəyə gəlirik. Məsələn deyirik: “ Mənim yaxşı zövqüm var, çünki, mənim belə gözəl əşyam var”. Gözəl olan nəyəsə sahib olmaq sosial proyeksiya effekti yaradır: əgər mənim belə gözəl bir əşyam varsaŞ demək mən də gözəl ola bilərəm.

Dizayn fel kimi əşyaların yaradılması prosesidir. Hərdən bu proses materialın araşdırılması və maraqla əlaqəli olur. Hərdən prosesin məqsədi, dizayn-düşüncənin  məşhurluğunun yaratdığı bəzi problemləri həll etmək olur.

Bir şəxs özü dizynda birbaşa iştirak etdikdə bu onu ürəkləndirir. Yaradıcı bir işlə məşğul olduğumuz vaxt biz ətraf aləmdən sanki uzaqlaşır, problemlərimizi və hətta məqsəd və qayğılarımızı da unuduruq. Biz sanki bir axına qoşuluruq və bu axında inkişaf edirik. “Əşyalar düzəltmək” deyilən bir prosesi hər kəs bacara bilər. Bu prosesi Ive kimi öyrənənlər bunu digərlərindən daha yaxşı edirlər. Lakin hətta ən təcrübəsiz şəkildə belə bir yaradıcı proseslə məşğul olmağın özündə də fayda var. Biz nəyisə yaradanda özümüzün müstəqilliyimizi və hökmümüzü təsdiq etmiş oluruq.

Apple-da Ive-nin rəhbərliyi altında işlənib hazırlanmış məhsullar öz gözəlliyi və ağılla işlənməsi ilə onu göstərir ki, dizayn – heyrətamiz insanların heyrətamiz əşyalar yaratmaq bacarığıdır. Telefonları, planşetləri və monitorları möhtəşəmlik zirvəsinə qaldırmaqla, biz dizaynın elitarlığını gücləndirmiş oluruq və belə bir tezislə razılaşırıq ki, əşyaları yalnız seçilmiş insanlar yaratmalı, qalanları isə onları sadəcə almalıdırlar. Beləcə biz Karim Raşid-in, Maykl Qreyvs-in, Filipp Stark-ın və əlbəttə ki, Stiv Cobs-un ideyalarını qəbul edirik.

Lakin bizim hər birimiz əşyalar yarada bilərik.Bu işdə Ive-ın dizayner istedadından ilham ala bilərik.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...