Yeni ASC şirkətlərə investisiya cəlb etməkdə yardımçı olacaq

Date:

Paylaş:

Bu aydan etibarən Azərbaycanda yeni investisiya şirkəti işə başlayacaq.

«Plato Capital and Co. İnvestisiya Şirkəti»ndən verilən məlumata görə, ASC şirkətlərə investisiya cəlb etməkdə yardımçı olacaq.

Maliyyə qurumunun direktoru Mansur Məmmədov bildirib ki, Böyük Britaniyaya məxsus şirkətin əsas xidmətləri korporativ maliyyə və məsləhət xidmətləri, o cümlədən yerli şirkətlərə xarici kapitalın cəlb edilməsi olacaq.

«Biz şirkətlərə investisiya cəlb etməkdə yardımçı olacayıq. Əsas binzesimiz Azərbaycanda olan şirkətlər üçün maliyyənin tapılması və cəlb edilməsi olacaq. Şirkətlərə consulting və adviser xidmətləri göstərəcəyik. Əgər əməkdaşlıq etdiyimiz şirkətlər əlavə olaraq broker xidmətində maraqlı olsalar bu xidməti də göstərə bilərik. Xidmətlərimizin qiymətləri layihədən asılı olaraq dəyişəcək. Hazırda 2 əməkdaşlıq etdiyimiz şirkət var. Bu şirkətlər real sektoru təmsil edir. Çalışırıq ki, ölkəyə fayda gətirək». – deyə Mənsur Məmmədov bildirib.

«Plato Capital and Co. İnvestisiya Şirkəti»nin rəhbərinin sözlərinə görə, noyabrda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) şirkətin yeni adına uyğun olaraq lisenziyanı yeniləyib. Həmçinin şirkətin işçiləri də MBNP-nın imtahanlarından da uğurla keçib.

Xatırladaq ki, «Plato Menecment»i 2002-ci ildə, hazırda ləğv prosesində olan «Texnika Bank» ASC «Texnika Kapital Menecment» adı ilə yaratmışdı. Bankın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti adını «Kapital Menecment»ə dəyişərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. 2018-ci ildən isə şirkət «Plato Menecment» adlanır, nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın «Plato Capital International Holding Limited» investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin «Fubies Bia Investments Limited» investisiya şirkətinə məxsusdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...