Əsas səhifə Biznes sahələri Texnologiya Yeni AirDots: Sərfəli və keyfiyyətli

Yeni AirDots: Sərfəli və keyfiyyətli

262
Paylaş

Apple AirPods bluetooth qulaqlıqlarının uğuru digər şirkətləri də rəqib qurğuların yaradılmasına sövq etdi. Xiaomi şirkətinin strategiyası yüksək keyfiyyətli və ucuz qiymətə qadcetlərin təklif edilməsidir. Qısa müddətdə dünya bazarında ilk beşliyə yüksələn çin istehsalçısı, bu dəfə də alıcıları sevindirdi.

AirDots-un başlıca rəqibləriolan Apple AirPods, Samsung Gear IconX maraqlı qulaqlıqlardır, amma qiymətləri insanı dişləyir. Qiymətləri isə,400 manat civarındadır. 

Yeni AirDots, həm qiymət, həm də dizayn cəhətdən fərqlidir. Azərbaycanda MiHome rəsmi mağazasında onun qiyməti 125 manat, AirDots Pro isə,205 manatdır. Keyfiyyət baxımından hər ikisi öz dəyərini üstələyir.

Image result for mi airdots pro

AirDots Pro

AirDots Pro rəqibi Apple AirPods-un analoqudur, lakin ondan fərqli dizaynı var. AirDots Pro aktiv səsboğucu sistemi ilə təhciz olunub. Onu istifafdə edərkən, ətrafdakı səsləri eşitmirsən, yalnız dinlədiyin musiqiyə cəmləşirsən. Xüsusi keys isə,onun batareyasını doldurmağa imkan verir.

AirDots Pro-nun daxilində 7 millimetrlik görünməz maqnitlərlə təhciz olunubki, bu da keyfiyyətli səs yaratmağa imkan verir. Silikon “tıxaclar” onları qulağa yaxşı oturdur və düşmə ehtimalını azaldır. “Tıxac”ların hesabına ictimai nəqliyyatda və təyyarədə qolaqlıqlardan rahat şəkildə  istifadə etmək olar.

Image result for mi airdots pro

 

Qulaqlıqlar Bluetooth 4.2 protokolu iləişləsə də,əvvəlkiverisyalar ilə də uyğunlaşır. Onlar öz aralarında da simsiz rabitə kanalı ilə birləşir. Qulaqlıqlar 3 – 3.5 saat dayanmadan işləyirlər. Onlar keys vasitəsi ilə doldurularaq, 10 saata qədər işləmək imkanına da malikdirlər. 10 dəqiqəlik doldurma isə, 1 saat işləməyə imkan verir. Tam doldurma 40 dəqiqə çəkir. Keysdəki indikator onların batareyasının dolu olub olmadığını nümayiş etdirir. Keysisə, müasir USB-C standartlı port vasitəsiilə doldurulur. 

Qulaqlıqların idarə olunması onların üzərinə toxunmailə baş verir. Sensor səth yüngül toxunmalara belə reaksiyaverir.

Qulaqlıqların keyslə birlikdə tam çəkisi 58 qramdır. Sudan və tozdan qoruma standartı IPX4-dür. Bu da o deməkdir ki, yağışın altında qalsa belə, qorxulu deyil.

AirDots Pro iki rəngdə təklif olunur: ağ və qara. Qiyməti – 205 manatdır.