Samsung şirkəti Galaxy Note 10-nun sadələşdirilmiş versiyasını təqdim edə bilər

Date:

Paylaş:

 Görünür, Samsung şirkəti bu il öz ənənələrini köklü şəkildə dəyişmək qərarını alıb. İlk öncə şirkət ənənəvi iki model yox üç model Galaxy S10 təqdim etdi (5G versiyasını saymasaq). İndi isə ortaya çıxmış məlumata əsasən Galaxy Note 10 modeli də eyni yol ilə gedəcək. Bu barədə Gagadget saytı xəbər verib. Bir neçə müddət bundan öncə Galaxy Note 10 smartfonunun 5G versiyası barəsində məlumat ortaya çıxmışdı. Həmin məlumatı XDA-Developers saytının tərtibatçıları Galaxy S10 nüvəsinin açıq mənbəli kodunda aşkar etmişdilər.

    İndi isə Koreyadan olan mənbələr bildiriblər ki, Galaxy Note 10 seriyası da Galaxy S10e kimi smartfona sahib olacaq. Başqa sözlə desək, bu, adi Galaxy Note 10-un bəzi funksiyalarından məhrum olacaq daha sadələşdirilmiş smartfon modeli olacaq. Bununla yanaşı o, adi Galaxy Note 10 və Galaxy Note 10 5G-dən daha ucuz qiymətə satılacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, sadələşdirilmiş versiya S Pen stilusunu özündə qoruyub saxlayacaq. Mənbələr bildiriblər ki, Samsung şirkəti 6.7 düym və daha kiçik ölçülü ekranların istehsalını sifariş verib.

    Galaxy Note 10-un sadələşdirilmiş modeli Avropa bazarı üçün nəzərdə tutulduğundan o yalnız Avropa regionunda satışa çıxacaq. Qeyd etmək lazımdır ki, son sızdırılmış məlumatlara inansaq, Galaxy Note 10 modeli 19.5:9 nisbətli 6.66 düym Infinity-O ekran, Snapdragon 855 / Exynos 9810 prosessoru, 4000-4500 mAh enerji tutumlu batareya və 4 arxa kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq son məlumatlarda qeyd olunur ki, smartfonun stilusu da kameraya sahib ola bilər. Gözləntilərə əsasən Galaxy Note 10 bu ilin avqust ayında təqdim olunacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...