“Yaşıl çay” yığımına başlanılıb

Date:

Paylaş:

Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatında hər il mayın 5-də birinci çay yığımı bayram kimi qeyd olunur.

Builki məhsul yığımı kampaniyasına Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnkişaf Könüllüləri də qoşulublar. Könüllülər ilk dəfə olaraq çaybecərən qızlarla birlikdə nübar çay məhsulu yığımında iştirak etməklə bərabər, yaşıl çay yarpağının emalı prosesi ilə də yaxından tanış olublar.

Yaşıl çay” MMC-nin direktoru Araz Yaqubov jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, fermer təsərrüfatının ümumilikdə 70 hektar çay sahəsi var. Bu il 50 hektar çay plantasiyasında yaşıl çay yarpağı yığılacaq. Yığılan çay məhsulu təsərrüfatın çay emalı və qablaşdırma sexində emal ediləcək. Bu il plantasiyalarda bol məhsul var. Hər hektardan 5 ton məhsul gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...