“Boeing 737” sərnişin təyyarəsi yenidən qəza edib

Date:

Paylaş:

Amerikanın Ceksonvill şəhərində “Boeing 737” tipli sərnişin təyyarəsi çaya düşüb.

Bu barədə şəhər meri Lenni Karri öz “Twitter” səhifəsində yazıb.

“Kommersiya təyyarəsi çaya düşüb. Mən yanğınsöndürən və xilasetmə departamentlərimiz tərəfindən məlumatlandırılmışam. Onlar artıq hadisə yerindədirlər”, – deyə o yazıb.

Mer həmçinin əlavə edib ki, təyyarədə olanların hamısı sağdır.

“WJXT-TV” telekanalının məlumatına görə, “Boeing 737″nin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir.

Ceksonvill şerifinin məlumatına görə, təyyarə dayaz yerdədir. O, hadisə nəticəsində batmayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...