Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Yağ-Pendir Zavodu hərracda satıldı

Yağ-Pendir Zavodu hərracda satıldı

752
Paylaş

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün keçirilən hərracda Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən Beyləqan Yağ-Pendir Zavodu özəlləşdirilib.

Bizplus.az Komitəyə istinadən xəbər verir ki, bu obyektin ümumi faydalı sahəsi 2 min 795 kvadratmetrdir. Əmlak hərracda 33 min 688 manata özəlləşdirilib.

Hərracda həmçinin Yasamal rayonu, Z.Xəlilov küçəsindəki faydalı sahəsi 58,7 kvadratmetr olan obyekt 10 min manata, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən digər qeyri-yaşayış sahəsi (faydalı sahəsi 24 kvadratmetr) 3 min manata satılıb.

Qeyd edək ki, növbəti hərrac sentyabrın 4-də reallaşacaq. Ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakın 17-si səhmdar cəmiyyət, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.