Rusiya KİV: Vahid Ələkbərov uşaqlıqdan “qızılda çimib”

Date:

Paylaş:

Rusiyanın “Ruskaya planeta” nəşri Rusiyanın ən varlı beş insanı və onların keçdiyi yol haqqında material hazırlayıb.

Siyahıya həmyerlimiz Vahid Ələkbərovun da adı daxil edilib.

O, 16 milyard 400 milyon dollarla dördüncü yerdə qərarlaşıb.

Bildirilib ki, Ələkbərovu Rusiyanın əsas neft maqnatı adlandırırlar.

“Yazda Bakı əsillli “Lukoyl” şirkətinin sahibi “Qazprom” və “Rosneft” kimi nəhəngləri nəzərəçarpacaq dərəcədə qabaqladı”, – nəşr bildirib.

Müəllifin sözlərinə görə, sentyabrın 1-də 68 yaşını qeyd edəcək Vahid Yusifoviç uşaq yaşlarından “qızılda çimib”.

“Söhbət qara qızıl sayılan neftdən gedir. Onun qoxu və dadını Vahid uşaqlıqdan öyrənib. O, neft mədənləri arasında böyüyüb.

Azərbaycan Neft-Kimya İnstitutunu bitirən Ələkbərov çalışqanlıqda atasında oxşayıb və neft sənayesi sahəsində rəhbər vəzifələrdə çalışıb. 37 yaşında isə o, “Koqalımneftqaz” şirkətinə rəhbərlik edib”, – yazıda bildirilib.

SSRİ-nin tarixə qovuşduğu illərdə Vahid Ələkbərov Neft və Qaz Sənayesi Nazirliyində yüksək vəzifələrdən birini tuturdu, məlumatda deyilir.

“Daha sonra o, neft hasilatı ilə məşğul olan şirkətləri birləşdirərək, “LanqepasUrayKoqalımneft”i yaradıb. Sonradan bu müəssisənin bazasında “Lukoyl” meydana gəlib.

Vahid Ələkbərovun qəpik kolleksioneri olan Yusif adlı oğlu var. O, 2015-ci ildə Moskvada numizmatika muzeyini yaradıb”, – yazı müəllifi qeyd edib.

Oxu.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...