Xiaomi’nin ilk qatlana bilən smartfon modelinin yeni videosu ortaya çıxıb

Date:

Paylaş:

Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modelinin yeni videosu ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Videoda yenidən Xiaomi şirkətinin qatlana bilıən smartfon modelinin iş prosesi əks olunub. Lakin videodan da görmək olar ki, bu dəfə şirkət tərtibatçıları sözügedən smartfon modelinin sistemini optimizasiya ediblər. Belə ki, smartfonun çalışmasında gecikmələr yoxdur və bununla yanaşı cihazın kompakt rejiminə keçidi də sürətlə reallaşdırılır.

 Son məlumatlara əsasən Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli ya Mi Flex ya da Mi Foldadlanacaq. Smartfon bu ilin ikinci rübündə Çində satışa çıxmalıdır. Artıq məlumdur ki, Xiaomi-nin ilk qatlana bilən smartfon modelinin qiyməti Galaxy Fold və Huawei Mate X modellərindən iki dəfə ucuz olacaq. Texniki göstəricilər baxımından məlum olan odur ki, smartfon Snapdragon 855 prosessoru və 10/12 GB RAM ilə təchiz olunacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...