Tesla şirkəti 2 günə Yaponiyada Asiyanın ən böyük enerji saxlama sistemini quraşdırdı

Date:

Paylaş:

Yaponiyanın Osaka şəhərindəki dəmiryolu stansiyasındakı Powerpack sisteminin quraşdırılması üçün Teslaşirkəti 2 gün vaxt sərf edib. Bu enerji saxlama sistemi pik vaxtda və ani elektrik kəsintiləri zamanı dəmiryolu qatarlarını əlavə enerji ilə təmin edəcək. Bu barədə Hightech.plus saytı xəbər verib. Yaponiyanın Osaka şəhərində Asiyanın ən böyük enerji saxlama sistemi olan Powerpack quraşdırılıb. Onun yaradılması üzərində Tesla şirkəti yerli dəmiryolu operatoru olan Kintetsu ilə birgə çalışıb.

    Bu sistem ani elektrik kəsintiləri zamanı qatarları ehtiyat enerji ilə təmin edəcək və beləliklə sərnişinlərə yaxın stansiyalara çatmaqda yardımçı olacaq. Bundan əlavə olaraq Powerpack sistemi pik zamanlarda stansiyanı əlavə enerji ilə də təmin edəcək. 7 meqavatt saat gücündə olan sözügedən sistem 42 enerji blokundan ibarətdir və həmin enerji blokları bir qayda olaraq stansiyanın özündə yerləşdirilib. Sistemin quraşdırılmasına Tesla şirkəti 48 saat zaman sərf edib.

    Şirkətin verdiyi məlumata əsasən Yaponiyada olan powerpack sistemi Asiyanın ən böyük Powerpack sistemi olmaqla yanaşı həm də Avstraliya-Asiya regionunun ən böyük sistemlərindən biridir. Enerji gücü baxımından Yaponiyadakı Powerpack sistemini yalnız Avstraliyada və Qərbi Samoa-da yerləşdirilmiş sistemlər üstələyir. Ümumilikdə Tesla şirkəti bütün dünya üzrə artıq yüzlərlə Powerpack sistemini quraşdırıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...