Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Xakerlər casus-proqramları quraşdırmaq üçün WhatsApp zənglərindən istifadə ediblər

Xakerlər casus-proqramları quraşdırmaq üçün WhatsApp zənglərindən istifadə ediblər

116
whatsapp
whatsapp

Hal-hazırda şirkət şəxsi araşdırmalara başlayıb

Xakerlər İsrailin kommersiya üzrə şpion proqramlarını iPhone və Android sistemli telefonlara yükləyə biliblər. Müşahidə aparmaq üçün  proqram təminatı quraşdırmaqda “WhatsApp” mesajları mübadiləsi tətbiqində olan zəifliklər onlara kömək olub. Bu barədə, şirkətə və şpion proqram təminatı distribütoruna istinadən Financial Times məlumat verib.

Qeyd olunur ki, dünyada 1,5 milyard insanın istifadə etdiyi “WhatsApp”-ın eyniadlı şirkəti bu “boşluğu” mayın əvvəli aşkar edib. Bu yaxınlarda “WhatsApp”-ın blok olması barədə məlumatlandırılan şpion proqramlarının dileri deyib ki, İsrailin NSO Group şirkətinin hazırladığı ziyanlı kod tətbiq vasitəsilə, hətta istifadəçilər zəngə cavab vermədikləri halda da ötürülə bilər, zənglər özləri isə çox vaxt siyahıdan yoxa çıxırlar.

Problemdən xəbərdar olan mənbə bildirib ki, “WhatsApp” hələ ki, bu metodun qurbanlarının sayını hesablaya bilmir, belə ki, araşdırmalar hələ təzə başlayıb.

ИА REGNUM açıqlama verib ki, bu, messengerdə olan ilk belə hal deyil. Bu yaxınlarda Check Point şirkətinin kibertəhlükəsizlik üzrə ekspertləri bldiriblər ki, xakerlər istifadəçilərin mesjlarını ələ keçirib onları dəyişdirə bilərlər. Bu imkandan xakerlər “saxta xəbərlər”in kütləvi yayılması üçün də istifadə edə bilərlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here