Dünyada ilk dəfə qatlana bilən ekrana sahib noutbuk modeli təqdim olundu

Date:

Paylaş:

 Lenovo şirkəti özünün ThinkPad X1 noutbuk seriyasının yeni modelini təqdim edib. Sözügedən noutbukun əsas özəlliyi isə ondan ibarətdir ki, o, qatlana bilən sensorlu ekrana sahibdir. Bunun sayəsində istifadəçi cihazdan həm noutbuk, həm planşet, həm də Windows 10 üçün kiçik monoblok kimi istifadə edə bilər. Bu barədə The Verge saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə sözügedən noutbukk 3:2 nisbətli və 2Kkeyfiyyətli qatlana bilən sensorlu OLED ekrana sahibdir. Tam açıq vəziyyətdə cihazdan planşet kimi və Bluetooth vasitəsilə klaviaturaya qoşulmuş ekran kimi istifadə etmək olar.

    Ekranın qatlanmış formasında isə istifadəçi 9.6 düym ekrana sahib olur və bu rejimdə cihaz sensorlu idarəetmə sisteminə sahib klassik noutbuku xatırladır. Bununla yanaşı bu noutbuk Wacom adlı stilusu da dəstəkləyir. Noutbukun dözümlü konstruksiyası onun sağ hissəsində yerləşdirilmiş batareya çəkisinə tab gətirir. Şirkət noutbukun batareya həcmi barəsində məlumat verməsə də bildirib ki, həmin batareya həcmi vasitəsilə sözügedən noutbuk bütün gün ərzində çalışa bilər. Məlumata əsasən noutbukun çəkisi 1 kq-dan bir qədər azdır. Qatlana bilən Lenovo noutbukunun texniki göstəriciləri barəsində şirkət heç bir məlumat verməyib. Lakin məlum olan odur ki, bu noutbuk Windows 10 əməliyyat sistemli Intel prosessoru əsasında çalışır.

    Noutbuk komplektində olan xüsusi dayaq aksessuarı vasitəsilə istifadəçi cihazdan tam açıq şəkildə stolüstü kompüter kimi istifadə edə biləcək. Bununla yanaşı şirkət bildirib ki, noutbuk şarj prosesi üçün nəzərdə tutulmuş iki ədəd USB Type-C girişinə, stereosəsgücləndiricilərə və Windows Hello vasitəsilə identifikasiya üçün infraqırmızı kameraya sahib olacaq. Şirkət təmsilçiləri bildiriblər ki, qatlana bilən ThinkPad X1 noutbukunun tam təqdimatı 2020-ci ildə baş tutacaq. İndi isə noutbukun ekran şarnirlərinin dözümlülüyü test olunur. Noutbukun hansı qiymətə satılacağı barəsində də bir məlumat yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...