Xaçmazda fəaliyyət göstərən Kiçik və Orta Biznes Evində (“KOB evi”) mikro, kiçik və orta sahibkarlara 300-dək dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətləri göstərilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata əsasən, bu xidmətlərin 200-ə yaxını dövlət, 100-dəki isə biznes-biznes xidmətləridir.
KOB evində sahibkarlara göstərilən xidmətlərlə “http://bit.ly/3bApBtw” linki vasitəsilə tanış olmaq mümkündür.