Milyarderə kriptovalyuta almağı guya “Fortress İnvestment Group”-un rəhbərlərindən biri məsləhət görüb.
Mənbələrə istinadən The Wall Street Journal-ın yazdığına görə SoftBank telekomunikasiya şirkətinin yaradıcısı Masayoshi Son bitcon’də uğursuz səhmlərdən 130 milyon dollardan çox pul itirib.
Nəşrin verdiyi açıqlamaya görə yapon milyarder bitcoin’i 2017-ci ilin sonunda qazanıb. O zaman kriptovalyutanın dəyəri hardasa 20 min dollar olub. Sonun nə qədər bitcoin aldığı məlum deyil. 2018-ci ilin əvvəlində, kriptovalyuta qiymətdə sürətlə enəndə, iş adamı aktivlərdən qurtuldu.
Masayoshi Son bitcoin’də səhmləşməni deyilənə görə, “Fortress İnvestment Group” investisiya şirkətinin rəhbərlərindən biri olan Peter Briger-in məsləhəti ilə həyata keçirib. Şirkət 2013-cü ildən kriptovalyutaya yatırım edir.
Nəşrin açıqlamasına görə, 2017-ci ildə SoftBank “Fortress”-i alıb və bu vaxt şirkətin aktivləri, kriptovalyuta da daxil olmaqla, 150 milyon dollardan çox olub. SoftBank və Peter Brigerrəy bildirməkdən imtina ediblər.