Yalnız qazlı su deyil. “Coca-Cola” nın gəliri $8 milyardı aşdı

Date:

Paylaş:

“Coca-Cola” şirkətinin mənfəəti və gəliri yüksək satışlar səbəbiylə gözlənilən göstəriciləri aşıb. Ekspertlər kotirovkaların daha da artmasını gözləyirlər.

2019-cu ilin birinci rübündə “Coca-Cola” nın mənfəəti 23% artaraq 1,68 milyard dollara çatmışdır. Qeyd edək ki, ötən il bu göstərici 1,37 milyard dollar olub. Gəlirin səviyyəsi isə ötən il ilə müqayisədə 5% qalxaraq 8,02 milyard dollara çatmışdır. İçki istehsalçısının səhmləri 4% artıb.

Şirkət rüblük satışların proqnoznoz edilən göstəriciləri aşıb. Bu, əsasən, su və spirtsiz içkilərə tələbatın artması ilə əlaqədar olmuşdur. Xüsusilə, tərkibində daha az şəkər olan Coke Zero içkisinə tələbatın yüksək olmasını qeyd etmək lazımdır. Bu barədə şirkətin direktoru James Quincey məlumat verir.

Səhm üzrə rüblük mənfəət 24% artaraq 0,38 dollara çatıb, EPS isə 2% -ə qədər yüksələrək 0.48 dollar təşkil edib.  

Asiya və Avropa bazarlarına tədarükün artması ilə satış həcmi 2% artmışdır. Valyuta dəyişmələrinin və satınalmaların təsirlərini istisna edən üzvi satışlar isə 6% artmışdır.

Qazlı içkilərin satışları 1%, su və idman içkilərinin satışları isə 6% artıb. Şirələrin satışı, həmçinin bitki xammalı əsasında hazırlanan içkilərin satışı demək olar ki, dəyişməyib.

Coca-Cola şirkətinin idarə heyəti hesabat dövründə şirkətin 57-ci illik divident artımını təsdiqləyib. Qısamüddətli dividentlər 2.6% artaraq, adi səhm üçün 0.39% -dan $ 0.4-dək artıb. İllik divident hər bir səhm üçün 2018-ci ildəki 1,56 dollar ilə müqayisədə 1,6 dollar təşkil edəcək.

“Coca-Cola” nın səhmdarlarının illik toplantısı 24 aprel tarixində keçiriləcək. Toplantıda hazırkı direktorun idarə heyətinin sədr müavinini əvəz etməsi gözlənilir.

Dünyanın ən böyük alkoqolsuz içkilər istehsalçısı orqanik gəlirlərin 4% artmasını proqnozlaşdırır. 2019-cu il üçün səhm üzrə mənfəət  -1% -dən 1% -dək dəyişəcək.

Refinitiv tərəfindən sorğulanan analitiklər, istehsalçı səhmlərinin ədalətli dəyərini illik perspektivdə səhm başına 50 dollar səviyyəsində qiymətləndirirlər. Bu, cari səviyyədən 5% çoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...