Şirkət birjaya 2019-cu ilin yayında keçə bilər, mənbələrin verdiyi məlumata görə, şirkətin dəyəri 12 milyard dollar təşkil edir.
Şəkillərinin toplanması xidməti olan Pinterest, IPO üçün gizli olaraq ABŞ-ın qiymətli kağızlar və birja Komissiyasına (SEC) müraciət edib. Bu barədə şirkətin planları ilə tanış olan mənbələrə istinadən The Wall Street Journal və Bloomberg yazırlar.
“Pinterest” 2019-cu ilin iyun ayının sonunda birjaya daxil olmağı və dəyərində qiymətləndirməni 12 milyard dollara çatdırmağı planlayır. Bloomberg-in sözlərinə görə, IPO zamanı şirkət təxminən 1,5 milyard ABŞ dolları cəlb edə bilər.
Pinterest nümayəndəsi CNBC-yə bildirib ki, şirkət bu söz-söhbətləri şərh etmir.
Pinterest xidməti 2010-cu ildə işə salınmışdır. 2018-ci ilin sentyabr ayında aylıq auditoriya 250 milyon aktiv istifadəçini aşıb. Şirkət reklamdan da pul qazanır: WSJ-in verdiyi məlumata görə, 2018-ci ildə Pinterest xidmətinin gəlirləri 50% artaraq 700 milyon dollara çatmışdır.