Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri SpaceX kosmosa İsrailin ay aparatını buraxıb

SpaceX kosmosa İsrailin ay aparatını buraxıb

311
Paylaş

Daşıyıcı raket Falcon 9, 22 fevral tarixində Floridadakı kosmodromdan müvəffəqiyyətlə start verib.

Falcon 9 orbitə Nusantara Satu əlaqə peykini və İsrailin Spacell şirkətinə məxsus olan “Bereşit” adlı ay aparatını buraxıb. Plana görə, aparat  2019-cu ilin aprel ayında Aya çatmalıdır.

Missiyanın uğurlu başa çatdığı təqdirdə, İsrail dövləti Rusiya, ABŞ və Çindən sonra Ay üzərinə kosmik aparat yerləşdirən dünyada dördüncü ölkə olacaq. CNBC-nin verdiyi məlumata görə, “Bereşit” Yer kürəsinin peykində olmuş ilk özəl missiya olacaq.

Falcon 9 raketinin ilk pilləsi, Atlantik okeandakı “Mən hələ də səni sevirəm” (Of Course I Still Love You) adlı platformaya enmişdir. Raket üçün bu artıq üçüncü startdır. Şirkətin rəhbəri olan İlon Mask, raketdən 2019-cu ilin aprel ayında dördüncü dəfə istifadə edəcəyini vəd edib.