Warren Buffeti işə götürən, investisiya atası: Benjamin Qrem

0
753

Qrem öz karyerasına Uoll-Stritdə Newburger, Henderson&Loeb broker firmasında şirkətin nümayəndəsi vəzifəsi ilə başlayıb. O həftəyə 12 dollar alırdı və öz nümayəndə vəzifəsi ilə yanaşı kotirovka lövhəsində istiqrazların və səhmlərin kurslarını da qeyd etməli idi. 1919-cu ildə Qremin əmək haqqısı 600 min dollar təşkil edirdi.

1926-cı ildə Benjamin Jerome Newman ilə investisiya cəmiyyəti təşkil etdilər. Məhz bu şirkət 13 il sonra Uorren Baffeti işə götürmüşdü.

1928-1956-cı illər ərzində Graham-Newman şirkətinin işləri ilə məşğul olan Qrem eyni zamanda Kolumbiya Universitetində “Maliyyə” kursu da tədris edirdi.

Elmi nailiyyətləri

Qremin 1934-cü ildə David Dodd ilə birgə yazdığı “Qiymətli kağızların analizi” kitabı indiyə qədər “investorlar üçün bibliya” hesab edilir. Bundan üç il sonra isə “The Interpretation of Financial Statements” kitabını yazmışdı. Onun üçüncü kitabı “The Intelligent Investor” 1949-cu ildə nəşr edilmişdi.

Qrem yazırdı ki, səhm sahibi bu səhmə hər şeydən əvvəl öz biznesdəki payı kimi davranmalıdır. Bunu hər zaman ağlında tutan investor səhm qiymətlərinin artıb-azalması barədə narahatlıq hissi keçirməli deyil. Qrem investorlara öz diqqətlərini şirkətlərinin maliyyə analizinə yönəltməyi məsləhət görür. Şirkətin səhmləri bazarda öz daxili dəyərindən az məbləğdə satışa çıxarıldığı zaman təhlükəsizlik marjası yaranır və bu onu investorlar üçün cəlbedici edir.

Qremin yazdığına əsasən, investisiya işgüzar müəssisəyə bənzədikdə daha cəzbedici təsir bağışlayır. Onun bu sözləri barədə Uorren Baffet demişdir ki, bu sözlər investisiya barədə deyilmiş bütün sözlər içərisində ən vacibidir.