Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Warner Brothers” otel biznesinə keçir

“Warner Brothers” otel biznesinə keçir

69
Paylaş

Media nəhəngi “Warner Bros.” 2021-ci ildə özünün dünyada birinci məxsusi otelini açmaq niyyəti barədə bəyanat verib.

Səkkizmərtəbəli tikili Əbu-Dabi-də, ultramüasir Warner Bros. World parkının yanında yerləşəcək və “WB Abu Dhabi” adlanacaq. Bu nəhəng metal və şüşə  konstruksiyalı otel 250 komfortlu otaqdan, bir neçə restorandan, spa salonundan, damında basseyndən və ədəbi tədbirlər üçün zaldan ibarət olacaq. Bu məkanların hamısının dizaynında Looney Tunes, DC Comics-in tanınmış motivlərindən istifadə olunacaq.

Otel 122 mln. dollara başa gələcək və inşaat işləri ilə “Miral Asset Management” məşğul olacaq.