“Facebook” və “Google” şirkətləri artıq ən yaxşı iş yerləri hesab edilmirlər

Date:

Paylaş:

Texnologiya nəhəngləri “Faceook” və “Google” uzun müddət bütün dünya üzrə ən yaxşı iş yerlərindən biri hesab edilirdilər. Buna, əməkdaşlarına çoxlu imtiyazlar və mükafatlar vermələri ilə nail olmuşdular. Amma artıq onlar bu mövqelərini itiriblər.

Belə ki, Bloomberg-in məlumatına görə, Glassdoor şirkəti ABŞ-ın ən yaxşı iş yerlərinin illik reytinqini dərc edib. Lider, bulud hesablamaları üçün proqram təminatı proqramçısı HubSpot olub. On ilə ərzində üç dəfə birinci olan “Facebook” isə artıq 23-cü yeri tutur. Bu, şəbəkənin 2011-ci ildən bəri olan reytinqlər tarixində ən aşağı göstəricisidir.

“Google” şirkəti isə 2015-ci ildə birinci olub və son 8 ildə top 10-luqda yer alıb. İndi isə 11-ci yerdədir.

Qeyd edək ki, Glassdoor siyahını əməkdaşlar arasında apardığı sorğuya əsasən tərtib edir. Bu zaman imtiyazlar, mükafatlar, korporativ mədəniyyət və mükəmməl idarəçilik kimi aspektlər nəzərə alınır. Misal üçün deyə bilərik ki, “Facebook”-da bir çoxları pulsuz qida, korporativ nəqliyyat və camaşırxana xidmətləri kimi imtiyazların həcmindən narazıdır.

Bloomberg-in məlumatına görə, “Google” əməkdaşlarının əksəriyyəti Sundar Pichai-nin rəhbərliyini dəstəkləmir və belə hesab edir ki, o şirkəti uğurlu gələcəyə aparmağa qadir deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...