Wall Street Journal qəzeti, iri amerikan şirkətləri rəhbərlərinin qazancını açıqlayıb

Date:

Paylaş:

Wall Street Journal qəzeti, 2018-ci il üzrə “S&P 500” siyahısından olan şirkətlərin icraçı direktorlarının mükafatını analiz edib.

Mükafatın orta səviyyəsi ( pul və aksiyalarla ) 2008-ci ilin 12,4 milyon dollarlıq krizis dövrü ilə müqayisədə rekord həddə çatıb. İcraçı direktorların əksəriyyəti 2018-ci ildə əvvəlki ilə nisbətən 5% çox qazanıblar. Bununla belə, “S&P 500” şirkətlərinin əksəriyyətinin aksiya gəlirləri aşağı düşüb.

Ən yüksək mükafatı alan 25 icraçı direktordan 18-i tibb, media və maliyyə sahəsindən olan şirkətlərə rəhbərlik edir. Top 25-liyə texnologiya şirkətlərindən yalnız üçü düşə bilib.

2018-ci ildə ən çox qazanan icraçı direktorlar:

“Discovery”-dən David Zaslav ( 129,4 milyon dollar ),

“Linde”-dən Steven Engel ( 66,1 milyon dollar),

“Disney”-dən Robert Iger ( 65,6 milyon dollar),

“Jefferies Financial”-dən Richard Handler (44,7 milyon dollar),

“Hologic”-dən Stephen MacMillan (42 milyon dollar).

Yalnız 23 icraçı director 2018-ci ildə 5 çilyon dollardan az qazanıb:

“Google”-dan olan Larry Page-in və “Twitter”-dən olan Jack Dorsey-in gəliri 1 dollar olub.

“Copart”-dan olan Jason Adair 203 min dollar əldə edib,

“Berkshire Hathaway”-dən Warren Buffett – 389 min dollar,

“IPG Photonics”-dən Valentin Gapontsev – 1,7 milyon dollar.

“S&P 500”-dən olan şirkətlərə rəhbərlik edən qadınların sayı azalıb:

2017-ci ildə onların sayı 22, 2018-ci ildə isə artıq enərək 20 olmuşdur.

Ən çox, “General Motors”-dan Mary Barra ( 21,9 milyon dollar ), “Lockheed Martin”-dən Marillyn Hewson ( 21,5 milyon dollar) və “General Dynamics”-dən Phebe Novakovic (20,7 milyon dollar) qazanıblar.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...