“Android” sisteminin istifadəyə veriləcək yeni funksiyası məlum olub

Date:

Paylaş:

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.

Mobil qurğuda uzun səhifələrin ekran görüntüsünü etmək imkanının çətinlikləri haqqında “Android Police” portalının təsisçisi Artyom Rusakovskinin yazısına cavab olaraq Berk bildirib ki, tərtibatçılar artıq “Android R” platformasında bu funksiyanı əlavə ediblər. İstifadəçilər uzun səhifələri lazımi istiqamətdə hərəkət etdirərək ekran görüntüləri yarada biləcəklər. “Android R” platformasının 2020-ci ildə təqdim ediləcəyi gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...