“Vergi” daha bir mühüm yeniliyə hazırlaşır – RƏSMİ

Date:

Paylaş:

Elektron xidmətlərin təqdim edilməsi sahəsində dövlət orqanları arasında öndə olan nazirlik bu sahədə fəaliyyətini davam etdirir.

“Bizplus.az” xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bildirib.

O bildirib ki, yenicə tətbiqinə başlanılan “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” layihəsi də bu istiqamətdə həyata keçirilən islahatların davamıdır: “Qeydiyyat sahəsindəki dəyişikliklər sahibkarların dəstəklənməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilib. Bu istiqamətdə bizim növbəti layihəmiz hüquqi şəxslərin qeydiyyat məlumatlarındakı dəyişikliklərlə bağlı müraciətlərin elektronlaşdırılmasını nəzərdə tutur. Hüquqi şəxsin təsis sənədlərinə edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə elektron qaydada müraciət edilə biləcək. Yəni əvvəllər qeydiyyata alınmış hüquqi şəxslərin dövlət reyestr məlumatları: məsələn, direktoru, hüquqi ünvanı dəyişib, yaxud nizamnamə kapitalı artıbsa, bu halda həmin məlumatların yenilənməsi elektron qaydada mümkün olacaq. Elektron qaydada müraciət zamanı Vergilər Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək imza ilə təsdiqlənəcək”.

Qeyd olunub ki, nizamnaməyə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanacaq. Bu halda, təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olub onu imza ilə təsdiqləyəcək.

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki bu dəyişiklik məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, şəffaflığın təmin edilməsi, vaxta qənaət, biznes strukurları üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyır: “Sahibkar yalnız elektron xidmətlərdən istifadə etməklə qısa müddətdə və asan yolla dövlət qeydiyyatı ilə bağlı məlumatlarında da dəyişiklik edə bilər. Bundan sonra yekun sənədlər sahibkarın “Elektron kabinet”inə göndərilməklə proses yekunlaşacaq”. Hazırda layihə razılaşdırma mərhələsindədir və onun yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...