Hökumət və Mərkəzi Bank məzənnənin 1.70-də qalmasında israrlıdır

Date:

Paylaş:

Azərbaycanda növbəti devalvasiya haqqında danışmaq qeyri-ciddidir”.

“Marja”nın məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov, “2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3,5 milyard dollar profisitdə və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Ötən il üçün və bu il Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir” deyib.

Elman Rüstəmov əlavə edib ki, ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artmışdır: “Bir valyuta bazarı təsəvvür etsək, Azərbaycanda valyuta təklifi 3 milyard dollar artıq ola bilərdi. Lakin qəbul olunmuş qaydalara görə, neftdən daxil olan gəlir ehtiyatlara yönəldilib”.

Mərkəzi Bankın sədri bildirib ki, cari ilə və ortamüddətli dövrə dair bütün proqnozlar makro-iqtisadi sabitlik platforması üzərində qurulub: “Makro-iqtisadi sabitliyin başlıca şərti aşağı inflyasiyadır. Necə aşağı inflyasiya olmadan büdcədə sosial proqram qurmaq olar?! Pensiya səviyyəsi, maaşların artırılması, gəlirlərin artması və s. 2019-cu ilin büdcəsi dayanıqlı məzənnə üzərində qurulmuşdur. 2019-cu ilə başlamışıq, kimlərsə devalvasiya haqqında danışır. Mən hesab edirəm ki, bu qeyri-ciddi bir söhbətdir. Cari ildə Azərbaycanda makro-iqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var.

Xüsusilə ekspertlər üçün qeyd edirəm ki, 2019-cu ilin makro-iqtisadi situasiyası olduqca 2018-ci ilə bənzəyir. Büdcə xərcləri cüzi artıb, Neft Fondundan büdcəyə transfert hətta bir qədər də çoxdur və digər amillər. Neftin qiymətinin aşağı düşməsinin milli iqtisadiyyatımıza mənfi təsiri fiskal qaydaların tətbiq edilməsi və trasfertlər vasitəsilə neytrallaşdırılıb. Dünya bazarında neftin qiymətindən asılı olmayaraq bu il 6,8 milyard dollarlıq transfert Azərbaycanın valyuta bazarına daxil olacaq. Bu ölkəmizin spesifikasıdır. Bir sıra qonşu öllkələrdə milli valyuta neftin qiymətindən asılı olaraq dəyişir. Neft qiymətlərində volatilliyi görürük. Amma bu volatilliyin Azərbaycan iqtisadiyyatına təsiri əhəmiyyətli qaydada məhdudlaşdırılıb. Təbii ki, çox uzunmüddətli dövr üçün neftin qiymətinə baxmaq lazımdır. Amma cari və ortamüddətli dövr üçün bütün parametrlər makro-iqtisadi sabitlik, yeni büdcə qaydaları, aşağı inflyasiya və dayanıqlı məzənnə idealogiyası üzərində qurulmuşdur. Azərbaycan hökuməti və Mərkəzi Bank makro-iqtisadi sabitliyin qorunmasında təkidlidir. Ortamüddətli dövrdə Azərbaycanda maliyyə sabitliyinin dərinləşdirilməsi haqqında Nazirlər Kabinetinə tapşırıq verilib. Artıq layihə hazırdır. Gələcəkdə də sabitliyin təmin edilməsi nəzərdə tutulur”.

“2018-DƏ VALYUTAYA TƏLƏB VƏ TƏKLİFƏ BƏRABƏR OLUB”

Elman Rüstəmov qeyd edib ki, 2018-ci ildə valyuta bazarı tam şəkildə tarazlı olub.

“2018-ci ildə valyuta bazarında tələb ödənildi. Ötən il hərraclar vasitəsilə Dövlət Neft Fondunun təxminən 6,5 milyard dollar satması nəzərdə tutulmuşdu. Bu vəsaitin təxminən 100 milyard dolları satılmadı və Fond tərəfindən dövlət büdcəsinə valyuta şəkilində köçürüldü. Bilirsiniz büdcənin dövlət borcunun qaytarılması kimi valyuta xərcləri də var”,- Mərkəzi bankın sədri bildirib.

Elman Rüstəmov əlavə edib ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq valyutaya tələb daha çox olub: “Artan tələb əlavə təklif hesabına ödənilib. 2018-ci ilin yekunları isə üzrə tələb və təklif bərabər olub”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...