Əsas səhifə Biznes Varlı olmağın yolları

Varlı olmağın yolları

2575

Əslində bu qaydaları bilən hər bir kəs öz zamanına və puluna qənaət edə bilər. Thomas Corley milyonerlərin necə zəngin olduğunu araşdırmaq üçün 233 milyonerlə görüşüb.

İnsanlar varlı olmaq üçün hansı peşə, hansı sektor və ya hansı işlərlə məşğul olmalıdırlar? Əgər siz də necə varlı ola bilərəm deyə düşünürsünüzsə o zaman diqqətlə oxuyun. Araşdırmaya görə aşağıdakıları etməklə siz varlı olmaq arzunuza daha tez çata bilərsiniz.

1. Böyük bir şirkətdə çalışın

Varlı olmağın yolları
Araşdırmaya daxil olan milyonerlərin 23 faizi beynəlxalq və böyük şirkətlərdə rəhbər kimi çalışanlardır. Belə şirkətlərdə çalışmağın ən gözəl tərəfi zəngin olmaq üçün ən yüksək vəzifəyə qalxmaq məcburiyyətində olmamağınızdır. Əgər çalışdığınız şirkət öz işçilərinə endirimli səhm satışı və ya güzəştli imkanlar təqdim edirsə zaman keçdikcə həmin şirkətə ortaq ola bilərsiniz. Məsələn araşdırmadakı milyonerlərdən ikisi 35 il boyunca çalışdıqları şirkətdən səhm alaraq daha yüksək vəzifəyə qalxanlardır. Şanslı olduqları üçün şirkətləri bu 35 ildə qazanarkən onlar da böyük bir şirkətin səhmdarına çevriliblər.

2. İşinizdə professional olun!

varlı olmağın yolları

Araşdırmaya daxil olan milyonerlərin 27 faizi öz işində professional olan insanlardır.
Uşaq vaxtı ailənizdə sizin həkim olmağınızı istəyiblərsə düz ediblər. Çünki bu 27 faizə daxil olan milyonerlərin də 56 faiz həkimlərdən ibarətdir. İşində professional olan zəngin insanların siyahısında həkimlərdən sonra vəkillər, mühəndislər və maliyyə mütəxəssisləri gəlir.

3. Öz işinizi qurun

varlı olmağın yolları

Öz sərvətini özü yaradan şəxslərin 61 faizi kiçik bir iş yeri sahibi olan insanlardır. Bunların 22 faizi də professional peşə sahibləridir. Yəni bu o deməkdir ki geridə qalan 39 faiz insan müəyyən bir peşədə professional olmayan kiçik şirkət sahibləridir. Yaxşı bəs bunlar kimdir?

Daşınmaz əmlak sektorunda – 19 faiz
Pərakəndə satışla məşğul olanlar – 7 faiz
Avtomobil satışı ilə məşğul olanlar – 5 faiz
Xidmət sektoru – 4 faiz
Avadanlıq satanlar – 3 faiz
Digər kateqoriyalar – 1 faiz

4. Bir şeylər satın

varlı olmağın yolları

Əgər zəngin olmaq istəyirsinizsə ticarətlə məşğul olun. Araşdırmaya daxil olanların 11 faizi ticarətlə məşğul olan insanlardır. Bu milyonerlər ticarətlə yanaşı eyni zamanda böyük şirkətdə bəziləri isə kiçik şirkətlərdə çalışanlardır.