Əsas səhifə Biznes sahələri Texnologiya Google adsense hesabı yaratmaq.

Google adsense hesabı yaratmaq.

2880
Paylaş
adsense hesabı yaratmaq

Adsense haqqındakı yazımızda Google Adsensin nə olduğunu və müəyyən üstünlüklərindən bəhs etmişdik. Bu yazıda isə Google Adsense hesabının necə yaradılacağını addım addım göstərəcəyik.

Google Adsense hesabı yaratmaq üçün bir sıra şərtlər var və bu şərtləri yerinə yetirmək lazımdır. Əvvəlcə Google Adsense qaydalarına uyğun bir web saytınız olmalıdır. Bundan başqa yaşınız 18-dən yuxarı olmalıdır yoxsa saytınız google tərəfindən rədd ediləcək.

Adsense hesabı mərhələlərlə

Əvvəlcə https://www.google.com/adsense/login/tr/?hl=tr səhifəsinə daxil olun. Qarşınızda 2 variant olacaq. Mövcud hesabınızla davam etmək ya da yeni bir hesab yaratmaq.

adsense hesabı açmaq

Burada istəsəniz mövcud hesabınızla davam edə bilərsiniz ya da yeni bir hesab yarada bilərsiniz.

adsense hesabı yaratmaq

 

İlk çıxan səhifədəki Google hesabı addımını keçdikdən sonra artıq adsense hesabımızı meydana gətirməyə başlayırıq. Bu səhifədə bizdən tələb edilən “Web Site” qutusuna Google Adsense reklamlarının göstəriləcəyi web saytınızın adını daxil edirsiniz.

Altındaki “Məzmun dili” menyusundan adsense reklamlarının göstəriləcəyi saytınızın əsas dilini seçirsiniz.

adsense hesabı açmaq

Önünüzə Google Adsense hesabınızı yaratmaq üçün son səhifə olaraq bu gəlir. Burada əvvəlcə ünsiyyət məlumatlarından yaşadığınız ölkə və yerli saatı seçib aşağıdakı formu doldururuq.

adsense hesabı yaratmaq

 

Yuxarıdakı şəkildə göstərilən məlumatları dəqiqliklə yazmağınız vacibdir!

Vacib Qeyd: “alacaklı adı” qutusuna yazdığınız adla bank kartınızdakı adın eynilik təşkil etməsi mütləqdir! Əgər bu adı səhv yazsanız sonradan düzəlmək demək olar ki qeyri-mümkün olur.

Altdakı “Adsensdən necə xəbəriniz oldu” menyusundan bir variant işarələyin və altındakı e-poçt nizamlamalarını düzənləyin.Bunlar funksionallıq baxımından elə də vacib deyil istədiyinizi seçə bilərsiniz.

Müraciətdən sonra

Google Adsense müraciətinizi tamamladıqdan sonra Adsense reklam kodlarını saytınıza əlavə etmək lazımdır. Web saytınıza və ya bloqa adsense reklam kodlarını əlavə etdikdən sonra Google Adsense qrupu müraciətinizi araşdıracaq.

Müraciətiniz təsdiqləndikdən sonra sizə “Adsense müraciətiniz təsdiq edilmişdir” ya da “Reklam müraciətiniz aşağıdakı səbəblərdən ötrü təsdiq edilmədi” şəklində bir mail göndəriləcək. Adsense hesabınız təsdiq olunduqdan və hesabınızdakı pul 10 dollara çatdıqdan sonra sizə bir adnense pin kodu göndəriləcək və bu Pini adsense hesabınıza daxil etməlisiniz. Adsense ödəmələrini isə hesabınızdakı pul 100 dollara çatdıqdan sonra almağa başlaya bilərsiniz.