Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Van Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum Azərbaycan və Türkiyənin Van şəhərinin iş adamlarının fəaliyyətinə, onların investisiya yatırmalarına dəstək olmaq və qarşılıqlı əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.