Əsas səhifə Məqalələr Maraqlı Üzərində “ay-ulduz” olan buzov 1 milyon dollara satışda

Üzərində “ay-ulduz” olan buzov 1 milyon dollara satışda

1781
Paylaş
buzov

Samsunda heyvandarlıqla məşğul olan Nizamettin Cüre, 1 həftə əvvəl doğulan və üzərində “ay-ulduz” olan buzovunu 1 milyon dollara satışa çıxarıb. 

“Marja” İHA-ya istinadən xəbər verir ki, Samsunun Bafra rayonunda yaşayan və heyvandarlıqla məşğul olan 35 yaşlı Nizamettin Cüreyə aid 3 yaşındakı simental cinsi iribuynuzlu heyvan, üzərində ay-ulduz olan buzov dünyaya gətirib. Təxminən 70 kiloqram ağırlığında olan buzov, dərisinin üzərindəki ay-ulduz şəklindəki naxışlar ilə dünyaya gəlib.

buzov

“Görəndə çox təəccübləndim. Türkiyədə bənzərinə çox nadir rast gəlinən bir vəziyyətdir. Sürpriz oldu bizim üçün. Müştərisi olsa, buzovu satmağı düşünürəm. Hazırda 1 milyon dollar qiymət qoydum. Özünü gəlib görənlər olub. Buzovu satın almaq istəyənlər də oldu, ancaq 1 milyon dolları eşidəndə bir az bahalı gəldi” – Nizamettin Cüre deyib.