Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Urumçidə Azərbaycan Şərab Evi açıldı

Urumçidə Azərbaycan Şərab Evi açıldı

665
Paylaş

Çin Xalq Respublikasının Urumçi şəhərində “Azərbaycan Şərab Evi” açılıb.Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.

“Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir”, – məlumatda deyilir.

Şərab Evinin açılmasında əsas məqsəd Azərbaycanın şərab məhsullarının Çin bazarında daha çox tanıdılmasıdır.

Məlumatda qeyd olunur ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)ilə Çinin “YEMA” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xəbər verildiyi kimi, həmçinin Azərbaycan Şanxay (Çin) və Rusiyada Şərab Evləri açmağı planlaşdırır.