KFC yaradıcısının 1000 uğursuzluğu

Date:

Paylaş:

Harland Sanders 1955-ci ildə, 65 yaşında təqaüdə çıxarkən alacağı 105 dollar təqaüdə, öz köhnə avtomobilinə və xüsusi toyuq hazırlanma reseptinə bel bağlaya bilərdi. Sanders başa düşürdü ki, öz təqaüdü ilə yaşaya bilməz. Buna görə də öz avtomobilinin sükanı arxasına əyləşir və öz reseptini restoranlara təklif etmək üçün yola düşür.

Harlandın hesablamasına görə, onun reseptini alacaqlar və o hər toyuğa görə 5 sent alacaq. İlk restoran sahibi ikinci, üçüncü, dördüncü, yüzüncü və hətta mininci restoran sahibi kimi Sandersə etiraz edir.

Edilən ilk 1008 müraciət və zəng uğursuz olur. Bununla yanaşı, Harland restoranlara zəng etməyə və onlara səfər etməyə davam edirdi. O öz avtomobili ilə bütün gecəni restoranları gəzirdi. 

O inanırdı ki, onun reseptini qəbul edəcəklər. Buna görə də, o inadla cəhd etməyə davam edirdi. Sandersin 1009-cu cəhdi uğurla nəticələnir və ona “hə” cavabı verilir. İki illik gündəlik cəhdlərdən sonra Harland 5 restoran ilə müqavilə bağlaya bilir. Artıq 1963-cü ildə 600 restoranda onun resepti ilə hazırlanmış toyuq satılırdı. Reseptin özü isə Kentucky Fried Chicken və yaxud KFC-nin sinonimi kimi başa düşülür.

Heç nəyə baxmayaraq mübarizə aparmağa davam edin.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...