Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Ukraynadan idxalla bağlı qoyulan məhdudiyyət aradan qaldırılıb

Ukraynadan idxalla bağlı qoyulan məhdudiyyət aradan qaldırılıb

25
Paylaş

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək heyvan mənşəli yoluxucu xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən Ukraynanın bəzi ərazilərində qeydə alınmış quş qripi təhlükəsi artıq sovuşub. Bununla da, Ukraynadan Avropa Birliyi dövlətlərinə quş əti idxalına və tranzitinə icazə verilib.

Qeyd edək ki, mövcud təhlükə ilə bağlı AQTA tərəfindən Vinnitsa vilayəti istisna olmaqla, Ukraynanın digər ərazilərindən Azərbaycan Respublikasına idxal olunan diri quş və quşçuluq məhsullarının idxalına 30 yanvar 2020-ci il tarixindən etibarən məhdudiyyət tətbiq edilmişdi. Yeni qərarla isə bu qadağa artıq aradan qaldırılıb.

Qərar 1 mart 2020-ci il və sonrakı tarixlərdə istehsal edilən diri quş və quşçuluq məhsullarına şamil edilir.

Eyni zamanda Ukraynadan respublikamıza birbaşa gələn və ya tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.