Müntəzəm “30 dəqiqə” metodu həyatımızı yaxşıya doğru dəyişir

Date:

Paylaş:

Səbr həmişə mükafatlandırılır. Bəs səbrli olmağı necə öyrənmək olar? İlk öncə səbri özündə inkişaf etdirməyi öyrənmək lazımdır. Bunun üçünsə iradə gücü lazımdır və çoxsaylı metodikalar da var. Ən maraqlı üsullardan biri “yarım saat nəzəriyyəsi” və ya 30 dəqiqə metodudur. Səbr, insana prinsip olaraq, həyatda, karyerada nəyəsə nail olmağa imkan verən bir keyfiyyətdir.

Elmi nöqteyi-nəzərdən əminlik gücü, inam və vərdişlər beyin neyronlarında sıralanır. Biz nəyisə müntəzəm olaraq etdikdə beynimizdə əminlik və inam zənciri yaranır. Proses nə qədər çox təkrarlanarsa, zəncir də bir o qədər güclü olur və neyronlar sayı çoxalır. Bununla belə, bizi müntəzəmliyə meylləndirən vərdişin pis ya yaxşı olmasının da heç bir fərqi yoxdur. Bu inam və vərdişlər zəncirini digər müntəzəm təkrarlanmalar zənciri qıra bilər. Filosoflar haqlıdırlar: “şərə qarşı” deyil, “xeyir uğrunda” mübarizə aparmaq lazımdır. Müntəzəm olaraq təkrarlanan tənbəlliyə və başqa bu kimi mənfi alışqanlıqlara ancaq müntəzəm təkrarlanan faydalı əmək sərf etməklə qalib gələ bilərik.

Yarım saat nəzəriyyəsi səbr, əzm və iradə gücünü inkişaf etdirməkdə çox effektiv şəkildə kömək edir. Onun mahiyyəti gün ərzində müntəzəm olaraq 30 dəqiqə eyni işlə məşğul olmaqdan ibarətdir. Bu, dil öyrənmək, idmanla məşğul olmaq, bizneslə bağlı ədəbiyyat oxumaq və başqa nəsə ola bilər. Bir ilə böyük nəticələr əldə olunur. Məsələn, hər gün 30 dəqiqəlik mütaliə ilə 20 kitab oxumaq olar.

            Yarım saat nəzəriyyəsində müntəzəmlik itirilərsə nə etmək lazımdır?

Riyazı üsulla hesaba alın, bunlar, yorulmaq bilmədən bütün gücünü sərf etməklə 183 saatlıq maksimum səmərəli məşqlərdir. Məsələn, əgər siz 30 dəqiqənizi qaçış, yeriş və başqa fiziki təlimlərə həsr edirsinizsə. Beləcə siz hər hansısa fiziki təlimi idman zalına getmədən və məşqçisiz bir neçə aya mənimsəyə bilərsiniz.

Bu məsələdə məsuliyyət və nizam-intizam da çox önəmlidir. Yəni, əgər siz tutaq ki, hər hansısa səbəbdən bugünkü yarım saatlıq məşqinizi ötürmüsünüzsə, səhəri gün onun əvəzini 40 və ya 60 dəqiqəlik təlimlə mütləq çıxın. Niyə? Bir dəfə təliminizi buraxmaqla vərdiş olaraq artıq bütün məşqinizi ötürəcəksiniz və nəticədə daha heçnə etməyəcəksiniz. Bu insan təbiətinə xas bir haldır, axı biz özümüz nəsə etmək istəməyəndə, tənbəllik edəndə özümüzə bəraət qazandırmağa çalışırıq. Bir dəfə geri qalmaq yetər ki, hər şey nəticəsiz olsun və ya başlamadan bitsin. Çox söz demək olar, amma vacib olan etməkdir. Bu zaman iş öz müsbət bəhrəsini verir.

           Tərəqqidə müntəzəmlik kəmiyyət və sürətdən daha vacibdir

Öz vərdişlərinizi məşq etdirirsiniz, ənənəvi qrafiki dəyişirsiniz. Bu artıq müsbət haldır – dəyişikliklər hərdən çox faydalıdırlar. Birmənalı şəkildə bilmək lazımdır ki, anidən heç bir nəticə əldə edilmir. Tələsik və düşünmədən hansısa istiqamətə doğru can atıb çoxlu səhvlər edənlər deyil, ancaq müntəzəm, amma əmin halda hədəfə doğru hərəkət edənlər qalib gəlirlər.

Biz tez-tez səhvlər edirik və öz tələskənliyimiz və səbrsizliyimiz üzündən uğursuzluqlar yaşayırıq. Bunun üçün lazım olan motivasiyanı inkişaf etdirmək lazımdır – həyatda nəyəsə nail olmaq istəyirəm və bunun üçün öz üzərimdə işləyəcəyəm. Yarım saat vaxt götürüb nəsə adi, elementar bir işlə məşğul olmağa çalışın. Sonra onu tədricən çətinləşdirmək lazımdır. Yarım saat insanda məsuliyyəti, nizam-intizamı inkişaf etdirir.

Hərəkətə keçmək vaxtı gəldi – etməli olduğunuzu edin. Yarım saatı doldurmaq üçün çoxlu variantlar var – baxır sizin nə etmək istədiyinizə. Birinci – yoqanı öyrənmək. İkinci – xarici dil öyrənmək. Üçüncü – hər hansısa idman növü ilə məşğul olmaq. Beyninizdə iradə gücünüzə inam neyronları zəncirini yaradın.

Yeri gəlmişkən, hər hansısa məlumatın müntəzəm təkrarlanması beyində neyron zənciri yaradır və həmin məlumatın əslində yalan ola bildiyi halda doğru olduğuna əmin edir. Bu müntəzəmlik qaydası təsir üsullarının insanın eyni zamanda həm şüuruna həm də şüuraltısına necə təsir etdiyini sübuta yetirir. Məlumatların müntəzəm olaraq emosiyalarla təkrarlanması tədricən neyron zəncirinin gücünün sürətini artırır. Diqqətli olun!

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...