“Uğurun sirri ağıllı dostlar qazanmaq bacarığındadır”, – milyarder Rey Dalio

Date:

Paylaş:

Milyarder Rey Dalio qeyd edir ki, əslində uğurun sirri ağıllı dostlar qazanmaq bacarığındadır. Onun sözlərinə görə, o bu tövsiyəni pulu olmadığı dövrdən bəri tətbiq etməyə başlayıb.

Öz “Twitter” hesabında Dalio əlavə olaraq bildirir ki, ekspertlərlə qurduğu ünsiyyət ona “daha savadlı” olmağa kömək edib. Milyarderin sözlərinə görə, o, mütəxəssisləri bir-biri ilə mübahisə etməyə təşviq edirdi. Oxuculardan biri bu reseptin yalnız zəngin insanlar üçün effektiv olduğunu söyləyib, çünki bir neçə eksperti dəvət etmək üçün pul lazımdır. Buna cavab olaraq, Rey Dalio ömrünün çox hissəsində demək olar ki, pullu biri olmasa da, hər zaman ağıllı insanlarla ünsiyyət qurmağı üstün tutduğunu vurğuladı.

“Bu mənə uğur və daha çox pul gətirdi”, – milyarder bildirir.

Qeyd etmək lazımdır ki, milyarder sosial şəbəkələrin aktiv istifadəçisidir və vaxtaşırı gənclərlə maraqlı və faydalı tövsiyələrini bölüşür. Onlardan ən sonuncusu budur: “Radikal olaraq açıq və şəffaf olun”.

Xatırladaq ki, noyabrın əvvəllərində Dalio “LinkedIn” hesabında “Dünya dəli olub, kapitalizm sistemi işləmir” adlı paylaşım etmişdir. Onun fikrincə, kapitalizm sistemi əvvəlki effektivliyini artıq itirib və bu, varlı və kasıb arasındakı mübahisəni daha da kəskinləşdirə bilər. “Biz bir-birimizi öldürməyə cəhd göstərəcəyik”, – investor xəbərdarlıq edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...