2019-cu ilin Android TV-konsollarının top 5-liyi

Date:

Paylaş:

Əgər sizin televizor WiFi-ı, tətbiqləri və ya 3D-oyunları dəstəkləmirsə yenisini almağa tələsməyin. Android TV-konsolu ilə HDMI qəbuledicisi olan istənilən televizor “ağıllı” olacaq. Səsli axtarış, hazır Google xidmətləri, minlərlə oyun və tətbiqlər – möhtəşəm imkanlardır. Amma konsolların sayı çoxdur. Ən yaxşısını necə seçmək olar?

Bunun üçün 5 Android TV cihazını müqayisə edə bilərik:

Xiaomi Mi Box S;

MAG425A;

Asus Nexus Player;

MECOOL KM9 Pro;

Nvidia Shield TV.

 

Xiaomi Mi Box S

Qiyməti: 1999 qrivna

İstehsalçı ölkə: Çin.

Əsas özəllikləri: 4K, HDR.

Pult: səsli idarəedicili

Tətbiqlər: Netflix, HBO Go və bir çox başqa.

Oyunlar: + .

Ucuz istehsal cihazlarından biridir. Korpusunun və pultunun dizaynı Red Dot Design Award mükafatını alıb.

4K HDR dəstəklidir, onda Google Assistant  və  Android TV üçün tətbiqlər mağazası qurulub. Amma Amazon Prime və Apple iTunes dəstəyi nəzərdə tutulmayıb.

Xiaomi mütəmadi olaraq konsolları son versiyalarına kimi yeniləyir, cihazın Android TV 9.0-a kimi yenilənməsinin olacağına söz verilib. Çatışmazlıqları – Ethernet-in olmaması və ilk qoşulma anında əlverişsiz quraşdırma sistemi. Bəzən 4K-qoşulmada da problemlər olur.

Nəticə: bu möhkəm və ucuz bir devaysdır, ən yaxşı büdcə təkliflərindən biri ola bilər.

 

MAG425A

Qiyməti: 2199 qrivna.

İstehalçı ölkə: Ukrayna.

Əsas özəllikləri: 4K, HDR, Chromecast built-in.

Pult: səsli idarəedicili (“gamepad”lər dəstəklənir).

Tətbiqlər: YouTube, Ministra Player, uşaqlar üçün YouTube və başqaları.

Oyunlar: +.

Bu,  Ukraynanın “Infomir” şirkətinin flaqman 4K Android  TV –konsoludur. Devays 4K HDR 60 fps dəstəklidir, səsli idarəedicili pultu və hazır Google xidmətləri var.

Google Assistant maraqlı məzmun tapmağa və tətbiqləri səslə idarə etməyə imkan verir. Chromecast built-in texnologiyası ilə istifadəçilər televizoru smartfonla idarə edə və bir toxunuşla böyük ekrana video, film və musiqini ötürə bilərlər. İkidiapazonlu WiFi adapterindən başqa, Ethernet bağlayıcısı da var. Hətta ən maksimum keyfiyyətli videolara baxanda da mənzərə detallı və axıcı olur.

Nəticə: ucuz və möhkəm flaqman, striminq və “gaming” üçün əla seçimdir.

 

Asus Nexus Player

Qiyməti: 980 qriven.

İstehsalçı ölkə: ABŞ.

Əsas özəllikləri: Full HD, Google Cast.

Pult: səsli idarəedicili (+ “gamepad” dəstəkli).

Tətbiqlər: Netflix, YouTube və başqaları.

Oyunlar: “gaming” üçün uyğunlaşdırılıb.

Chromecast devayslarından fərqli olaraq Nexus Player, oyun konsolu mövqeyindədir.

Əsas üstünlükləri – oyun imkanları və səsli axtarışlı pult. Təəssüf ki, bu cihaz 4K və HEVC-i dəstəkləmir, korpusda  Ethernet portu yoxdur. Bir neçə ilə ərzində devays çox ucuzlaşıb., amma onu ancaq ölkədən kənar internet-mağazalardan almaq olar.

Nəticə: 4K dəstəksiz oyunlar üçün yaxşı seçimdir.

 

MECOOL KM Pro

Qiyməti: 1890 qriven.

İstehsalçı ölkə: Çin

Əsas özəllikləri: 4K, HDR, Chromecast built-in.

Pult: səsli idarəedicili

Tətbiqlər: YouTube, Google Play və başqaları.

Oyunlar: +.

MECOOL KM9 Pro – KM9 konsolunun Android 9.0 üçün 4K 60 fps dəstəkli təkmilləşdirilmiş versiyasıdır. 4 GB RAM, 32 GB daxili yaddaşa malikdir.

Az enerji sərfiyyatlı olmasına görə, konsol hətta çox uzuzn müddət işləyəndə belə qızmır. Amma bu cihazda çox önəmli bir çatışmazlıq da var. Onun WiFi-modulu  ancaq bir antena ilə təchiz olunub, ona görə şəbəkəyə Ethernet vasitəsilə qoşulmaq daha məsləhətlidir. Ya da konsolu WiFi-routerə yaxın yerdə quraşdırmaq olar.

Nəticə: gündəlik tapşırıqlar üçün uyğun təklifdir.

 

Nvidia Shield TV

Qiyməti: 8250 qriven.

İstehsalçı ölkə: ABŞ

Əsas özəllikləri: 4K HDR, GeForce NOWTM , Google Cast.

Pult: səsli idarəedicili ( “gamepad”i dəstəkləyir).

Tətbiqlər: Google Play Store, Netflix, HBO Go, Amazon Video və başqaları

Oyunlar: cihaz “gaming” üçündür.

Gaming – əksər konsolların əsas funksiyası deyil, amma Nvidia Shield TV özəl olaraq oyunlar üçün yaradılıb. Əsas üstünlüyü GeForce NOW beta versiyasına girişin olmasıdır. İnqilabi bulud “gaming” xidməti məhşur rəqəmsal mağazalardan oyunların FK (fərdi kompüter) versiyalarını konsolda oynamağa imkan verir.

Nəticə: 8250 qriven-in çox baha olmasını nəzərə almasaq, deyə bilərik ki, Shield TV  bu reytinqdə ən yaxşı 4K –konsoldur.

Bahalı konsollar həmişə möhkəm və sürətli olurlar, amma əlavə funksiyalar və brend olduqlarına görə artıq pula dəyməz. Büdcə devaysı ən yaxşı seçim ola bilər : əsas əmin olun ki, cihaz sevimli platformalarınızı və xidmətlərinizi dəstəkləyir. Oyun üçün konsol lazımdır? Üst modellərə diqqət edin. “Donmalar” olmadan maksimal keyfiyyətdə məzmuna baxmaq istəyirsinizsə orta seqment uyğun ola bilər.

Qeyd edək ki, Google, YouTube, Android TV, Google Chromecastvə başqaları Google LLC-nin ticarət nişanlarıdırlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...