Üç ayda 208,7 milyon manatlıq hazır metal məhsulu istehsal olunub

0
796

Bu ilin yanvar-mart aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsində 208,7 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 2,5 dəfə, metallurgiya sənayesində isə 11,5 faiz artım müşahidə edilib.

Həmin dövr ərzində sözügedən sahə üzrə 87,0 min ton (16,3 faiz çox) poladtökmə, 68,2 min ton (43,6 faiz çox) armatur, 5 557,2 ton (6,4 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 165,6 ton (1,6 dəfə çox) alüminium çubuqlar, millər və profillər istehsal olunub.