Uber Freight Çikaqoda yerləşəcək və üç il ərzində 2000-ə yaxın işçi götürəcək. Bu yükdaşıma xidmətinin inkişafına Uber təxminən 200 milyon dollar xərcləyəcək. Bu barədə şirkət məlumat verib, lakin səhmlərin müddətini qeyd etməyib.
The Verge yazır ki, Uber-in baş direktorunun sözlərinə görə, 2019-cu iln ikinci rübündə bu bölmə “yüksək artım” göstərməyə davam edib. Lakin şirkət maliyyə göstəricilərini açıqlamır.
Uber Uber Freight-i 2017-ci ildə istifadəyə verib, 2018-ci ildə isə ayrıca biznes halına gətirib. Hal-hazırda bu xidmətlə ABŞ və Avropadan 400 minə yaxın sürücü əməkdaşlıq edir, şirkətin mindən çox müştərisi var. Onların arasında AB Inbev, Niagara Bottling və Land O’Lakes var. Bunu VentureBeat qeyd edir.