Əsas səhifə Biznes sahələri Texnologiya “Facebook” yeni funksiyanı test edir: Şirkət bundan 213 milyard dollar pul itirir

“Facebook” yeni funksiyanı test edir: Şirkət bundan 213 milyard dollar pul itirir

79
Paylaş

“Facebook” şirkəti sosial şəbəkənin xəbər lentində alışın edilməsi üçün yeni funksiyanı yoxlayır. Test qarşıdakı bir-neçə ay ərzində həyata keçiriləcək.

Bu haqda “Adweek” nəşri yazıb.

Bildirilir ki, funksiyalar kiçik reklamverən qruplar tərəfindən test ediləcək. İnteraktiv elan xəbər lentində yerləşdiriləcək. İstifadəçilər ona klik etməklə alışı həyata keçirə biləcəklər.

Onlara alış üçün başqa bir sayta keçid etməyə ehtiyac qalmayacaq. “Facebook”un məlumatına görə, sifarişlərin yavaş olmasının səbəbi, müştərilərin daimi olaraq başqa bir resursa keçid etməsi ilə bağlıdır. Sosial şəbəkə bundan illik olaraq, təxminən 213 milyard dollar pul itirir.

Qeyd etmək yerinə düşər ki, “Instagram” üzərindən birbaşa alışın həyata keçirilməsi ilə bağlı qapalı test bu ilin martında həyata keçirilmişdi. Testlərdə 20-dən çox dünya markası iştirak edirdi, onların arasında Nike, Adidas, H&M, Dior, Uniqlo və Zara kimi brendlər var idi.